“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
8 Dekabr 2022 09:56
6 076
Türkiyənin Antalya şəhərində Şuşanın 270 illiyi ilə bağlı “Cənnətim Qarabağ” mövzusunda tədbirlər silsiləsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, Antalya Təhsil İdarəsi və Kəpəz Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirlər şəhərin Gözəl Sənətlər və Gülverən Anadolu liseylərində, eləcə də Erdem Bayazıt Mədəniyyət Mərkəzində təşkil olunub.
Tədbirlər çərçivəsində Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi tərəfindən Qarabağ və Şuşanın tanıdılması sərgisi açılıb.
Əvvəl Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Mərasimlərdə çıxış edən sözügedən dərnəyin sədri Ceyran Səttarova və gimnaziyanın teatr şöbəsinin müdiri, Əməkdar müəllim Hicran Sadıqzadə iştirakçılara Şuşa haqqında məlumat veriblər.
Antalya Təhsil İdarəsinin rəhbəri Emre Çalışkan, liseylərin müdirləri çıxışlarında Azərbaycan-Türkiyə qardaşlığı və şanlı Qarabağ Zəfəri haqqında danışıb, ölkələrimiz arasındakı tarixi münasibətlərin ulu öndərimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının prinsipi əsasında davam etdiyini qeyd ediblər.
Tədbirlər bədii hissə ilə davam etdirilib. Azərbaycan İncəsənət Gimnaziyasının tələbə və müəllimləri, eləcə də Əməkdar artist Firuzə İbadova konsert proqramı ilə çıxış ediblər. Proqramlarda muğam, xalq mahnıları və milli rəqslər ifa olunub, səhnəciklər göstərilib
Sonda iştirakçılara xatirə lövhələri, təşəkkürnamələr və xüsusi hədiyyələr təqdim edilib.
31 Oktyabr 17:15
1 960
31 Oktyabr 11:59
2 107
31 Oktyabr 11:46
2 107