17 Sentyabr 2024 13:41
10 976
Almaniyanın qədim tarixə malik Manheym Opera Teatrı (Nationaltheater Mannheim) yeni mövsümün əvvəlində Lüdviqshafen şəhərindəki teatrında yeddi dəfə Pyetro Maskaninin “Kənd namusu” operasını təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, sentyabrın 19-dan oktyabrın 6-dək göstəriləcək tamaşalarda Alfio partiyasını Azərbaycanın Xalq artisti Əvəz Abdulla ifa edəcək.
Pfalzbau teatrında oynanılacaq tamaşanın quruluşçu rejissoru Roland Velte, musiqi rəhbəri və dirijoru Yanis Liyepinşdir.
09:21
497
2 Oktyabr 17:04
1 407
2 Oktyabr 16:40
1 400