Trampa İran və İsrail arasında vəziyyətin gərginləşməsi barədə məlumat verilib
Tramp Livanın İranla bağlı qısamüddətli sazişə daxil edilməsini tələb etmir
Ermənistanda parlament seçkilərində seçici fəallığı 58,97 faiz olub
Ermənistanda parlament seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
Tramp "NBC News"a müsahibəni yarımçıq qoyaraq məkanı tərk edib
5 Yanvar 2025 22:41
7 154
Türk arabesk musiqisinin əfsanəvi isimlərindən olan Fərdi Tayfur dünyasını dəyişdikdən sonra onun qoyub getdiyi irs və sərvətlə bağlı müxtəlif fərziyyələr ortaya çıxıb.
Xalqcebhesi.az Türkiyə mediasına istinadla xəbər verir ki, Fərdi Tayfurun sərvətinin kifayət qədər böyük olduğu düşünülür. Məşhur müğənninin musiqidən əldə etdiyi gəlirlə Marmaris, İstanbul və Adanada ciddi investisiyalar yatırdığı üzə çıxıb.
Tayfurun Marmarisdə bir yarımada ilə yanaşı, müxtəlif daşınmaz əmlaklara sahib olduğu məlumdur. Bu investisiyalar milyonlarla dollar məbləğindədir. Bununla belə, dəqiq rəqəm göstərilmir.
Məşhur sənətçi 1981-ci ildə Marmarisdə filmə çəkilərkən bölgəni çox bəyənib və sərmayələrinə oradan başlayıb. Əvvəlcə Marmaris İçmelerdə hovuzlu villa alıb. Sonra illər keçdikcə investisiyalarını genişləndirib və yeni mülklər əldə edib.
Həmçinin Adanada 50 mənzil, İstanbulun müxtəlif rayonlarında 6 villa və 30 mənzil alıb. Bundan əlavə, onun tikinti sektoruna böyük yatırımlar etdiyi də məlumdur.
Fərdi Tayfurun mirasını kimə və ya kimlərə vəsiyyət etdiyi məlum deyil. Yalnız birindən başqa: o, bütün musiqilərinin heç bir ödəniş edilmədən ifaçılar tərəfindən oxunmasını və dinlənilməsini istəyib. Bildirib ki, o musiqiləri xalq üçün yazıb.
5 İyun 11:31
2 009
5 İyun 11:31
2 114
5 İyun 08:41
2 086