1 Oktyabr 2025 12:28
5 649
Xalq artisti Ramiz Quliyevin vəziyyətində müsbət dinamika davam edərsə, sabah evə buraxılması planlaşdırılır.
Bunu açıqlamasında Mərkəzi Gömrük Hospitalının şöbə rəisi Tural Sadıqov deyib.
“Xalq artisti Ramiz Quliyevin vəziyyəti ağır-stabil olaraq qalır. Hemodinamik göstəricilər stabildir. Diurez adekvatdır. İnfeksion göstəricilərdə müsbət dinamika qeyd olunur. Huşu yuxuya meyillidir. Xəstədə müsbət dinamika davam edərsə, sabah evə buraxılması planlaşdırılır”, - o qeyd edib.
Qeyd edək ki, Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Heydər Əliyev Fondu Xalq artistinin səhhətini nəzarətə götürüb.
7 Avqust 11:27
1 393
6 Avqust 11:14
1 617
5 Avqust 11:07
1 925