12:50
364
ABŞ-nin "Qızıl Günbəz" raketdən müdafiə (RHM) sisteminin ilk sınaqları 2026-cı ilin sonunadək, raket əleyhinə tutucu raketlərin uçuş sınaqları isə 2027-ci ildə baş tutacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" agentliyi məlumat verib.
Nəşrin məlumatına görə, "Qızıl Günbəz" ABŞ-nin ballistik, hipersəs və qanadlı raketlərdən mühafizəsi üçün çoxsəviyyəli sistemə çevrilməlidir.
Həmçinin RHM sistemində kosmik əsaslı ələ keçirmə təbəqəsinin inkişafı da nəzərdə tutulub. Onun dəyəri 185 milyard dollardan 1,2 trilyon dollara qədər qiymətləndirilir.
Məryəm Quliyeva