İraq sərhəd bölgələrinə qoşun yeridib Dünya

İraq sərhəd bölgələrinə qoşun yeridib

İraq hakimiyyəti silahlı qruplaşmaların qonşu dövlətlərə ehtimal olunan hücumlarının qarşısını almaq üçün ölkənin səhra sərhəd rayonlarında əlavə hərbi birləşmələr yerləşdirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İraq təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən "Asharq Al-Awsat" nəşri məlumat verib.

Mənbələrin sözlərinə görə, qoşunlar əvvəllər hərbi mövcudluğun olmadığı zəif mühafizə olunan ərazilərdə yerləşdirilib. Bu tədbirlər fonunda silahlı qruplaşmalar Bağdadın addımlarını tərksilah olunma zərurəti barədə xəbərdarlıq kimi qiymətləndirərək hücumlar həyata keçirməkdən imtina ediblər.

Mənbə qeyd edib ki, İraq sərhədləri tam mühafizə olunur, hazırda İraq və İran məsləhətçiləri arasında heç bir əlaqə yoxdur. İraq hakimiyyəti, həmçinin qruplaşma liderlərinə daxili sabitliyi qorumaq və ölkənin suverenliyinə qarşı hər hansı xarici təhdidin qarşısını almaq üçün mövcud olan bütün mexanizmlərdən istifadə etməyə hazır olduğu barədə xəbərdarlıq edib.

Məryəm Quliyeva