Şuşa Bəyannaməsi Azərbaycanın və regionun təhlükəsizlik çətiridir
Leyla Əliyeva UNFCCC-nin icraçı katibi Saymon Stillə görüşüb
Qalibaf və Vens memorandumun imzalanmasında iştirak edəcəklər
“Ukraynanın Avropa İttifaqına üzvlüyü bu tezlikdə inandırıcı deyil”
Azərbaycanda yeni şura: Layihəni təqdim edərkən komitə sədri nələr deyib?
20 Dekabr 2019 16:04
3 899
Həmişə olduğu kimi, Yeni il münasibətilə yeni tamaşa hazırlayan və tamaşaçılarına sevinc bəxş edən A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı bu dəfə də “Qış karnavalı” hazırlayıb. Mədəniyyət Nazirliyindən verilən məlumata görə, bayramın xoş əhvalını səhnədən hiss etdirmək üçün yeni ilin əsas personajları və bizi nağıllar aləminə səyahətə dəvət edəcək sevimli qəhrəmanlarımız kuklaçıların karnavalında bir araya gələcək.
Belə ki, uşaqlara birlikdə zaman keçirmək, canlı ünsiyyət üçün fürsət olmasını xatırlatmağa çalışan tamaşa heç bir kompüter oyunu, mobil əyləncə vasitəsinin onların səs-küylü əyləncəsindən üstün olmadığını göstərir. Müxtəlif xalqların nağıl qəhrəmanlarının, müasir animasiyanın bizlərə sevdirdiyi personajların simasında uşaqlara, eləcə də böyüklərə birlik, həmrəylik, səmimi ünsiyyət və sevgi tərənnüm edən tamaşa dekabrın 26-dan yanvarın 6-dək hər gün dörd seans (12.00, 14.00, 16.00, 18.00) olmaqla tamaşaçıların ixtiyarına veriləcək.
Səhnələşdirəni və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev olan musiqi tərtibatlı birhissəli kukla tamaşası rəngarəng səhnə tərtibatı, karnaval üslubunda həlli ilə maraqlıdır. Teatrın aparıcı aktyorlarının rol aldığı tamaşada fərqli texnikalarda hazırlanmış kuklalarla yanaşı canlı planda oyun da göstəriləcək. Belə ki, səhnə işində musiqilərlə yanaşı rəqs nömrələri də üstünlük təşkil edəcək.
Qeyd edək ki, biletlərin qiyməti 3 manatdır və yalnız teatrın kassasından əldə etmək olar.
15 İyun 11:23
1 484
13 İyun 20:26
2 170
13 İyun 17:00
2 282