
Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə səhnələşdirilib
Dekabrın sonlarında tanınmış yazıçı-publisist Yunus Oğuzun "Nadir şah" romanı əsasında səhnələşdirilmiş eyni adlı tamaşanın premyerası keçiriləcək. AZADİNFORM xəbər verir ki, quruluşunu rejissor Gümrah Ömərin verdiyi tamaşada baş rolu - Nadir şahı əməkdar artist Məmməd Səfa (Məmmədsəfa Qasımov) ifa edəcək.
Qeyd edək ki, tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə səhnələşdirilib.