ABŞ Husiləri diplomatik işçiləri azad etməyə çağırıb Gündəm

ABŞ Husiləri diplomatik işçiləri azad etməyə çağırıb

Dövlət Departamenti qiyamçı "Ənsar Allah" (Husi) hərəkatının təhlükəsizlik qüvvələrini ABŞ-ın ölkədəki diplomatik missiyasının indiki və ya keçmiş işçiləri olan Yəmən vətəndaşlarını dərhal azad etməyə çağırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçü müavini Tommi Piqott açıqlamasında bildirib.

"Husilərin Yəməndəki hazırkı və keçmiş ABŞ missiyası işçilərini qanunsuz olaraq həbs etməsini pisləyirik. Bütün missiya işçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırırıq", - deyib.

Dövlət Departamenti həmçinin qeyd edib ki, Husilər beynəlxalq təşkilatlar və xarici hökumətlərlə əlaqəli Yəmən vətəndaşlarına qarşı təzyiq kampaniyasını gücləndiriblər.

Məryəm Quliyeva