Hakan Fidan Aİ-nin yüksəkvəzifəli rəsmilərini qəbul edib - FOTO
Dənizə sevgi, peşəyə sədaqət, şərəfli insan ömrü yaşayan əfsanəvi kapitan
Netanyahu və İsrailin müdafiə naziri Livanın cənubundakı "təhlükəsizlik zonası"na səfər edib
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
6 Aprel 21:19
2 534
“Hər hansı hadisə ilə bağlı konkret sübutlar ortaya qoyulmadan Ukrayna-nı ittiham etmək düzgün deyil”.
Bunu Milli Məclisin deputatı Fazil Mustafa xalqcebhesi.az-a açıqlamasında bildirib.
Onun fikirlərinə görə, Ukrayna müharibə şəraitində olsa da, öz ərazisini müdafiə edən və beynəlxalq hüquqa uyğun davranmağa çalışan dövlətdir: “Bu cür oyundankənar addımların atılması ilk növbədə Ukraynanın özünə zərər verə bilər. Bu baxımdan belə addımların atıldığı müşahidə olunmur.
Sübutsuz ittihamlar beynəlxalq müstəvidə əlavə gərginlik yarada və təhlükəli presedent formalaşdıra bilər. Əgər hər bir dövlət bu cür yanaşma ilə hərəkət etsə, bu, daha böyük qarışıqlığa gətirib çıxarar. Məsələ ilə bağlı əsaslandırılmış versiyalar və konkret faktlar olmadan ittihamların səsləndirilməsi doğru deyil. Hadisədə üçüncü qüvvələrin də rolu istisna edilmir və bu cür hallarda məqsəd diqqəti başqa istiqamətə yönəltmək ola bilər.
Bu səbəbdən məsələ kifayət qədər ehtiyatla araşdırılmalı və real səbəbkarlar dəqiq müəyyən edilməlidir”.
Günel Elxan
17:36
1 435
16:28
1 197
16:25
1 260