Rubio Bəhreyn XİN başçısı ilə İranın hücumunu müzakirə edib Dünya

Rubio Bəhreyn XİN başçısı ilə İranın hücumunu müzakirə edib

ABŞ-nin dövlət katibi Marko Rubio Bəhreynin xarici işlər naziri Əbdəl Lətif bin Rəşid əz-Zəyani ilə telefon danışığı aparıb. Söhbət İranın ölkənin ərazisinə endirdiyi zərbədən sonra baş tutub.

Xalqcebhesi.az -ın məlumatına görə, ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda qeyd olunur ki, Vaşinqton öz müttəfiqlik öhdəliklərinə sadiqdir.

"Dövlət katibi İranın Bəhreynə hücumlarını pisləyib və Birləşmiş Ştatların Bəhreynin, eləcə də Körfəzdəki bütün tərəfdaşlarımızın təhlükəsizliyinin təmin olunmasına sadiqliyini təsdiqləyib", – deyə bəyanatda bildirilir.

Xatırladaq ki, noyabrın 15-də Bəhreynin hava hücumundan müdafiə sistemləri İran tərəfindən həyata keçirilən hücum zamanı bir neçə hava hədəfini ələ keçirərək məhv edib. Həmin gün İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreynin Ər-Rifaa helikopter bazasındakı ABŞ-nin radiolokasiya stansiyasına hücum etdiyini açıqlayıb. Bundan sonra ABŞ-nin Manamadakı səfirliyi Bəhreyndəki Amerika vətəndaşlarını İran və Yəmənin "Ənsar Allah" hərəkatının husiləri tərəfindən hücum təhlükəsi ilə əlaqədar ehtiyatlı olmağa çağırıb.

Məryəm Quliyeva