“Ötən İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar olub” İqtisadiyyat

“Ötən İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar olub”

“İtaliya Azərbaycanın vacib tərəfdaşlarından hesab olunur. Son illər ölkələr arasında ticarət dövriyyəsinin həcmində kəskin artımlar müşahidə edilməkdədir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu VI mağırış Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib. O, bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar olub: “Ölkələr arasında ticarət dövriyyəsi son 4 ildə 3.4 dəfə artıb. Azərbaycan və İtaliya arasında ən böyük ticarət dövriyyəsi isə 2022-ci ildə qeydə alınıb: 18 milyard 122 milyon dollar. Bu kəskin artim Rusiya-Ukrayna müharibəsi fonunda dünya bazarında enerji resurslarının və eləcə də mavi qazın qiymətinin kəskin artması ilə bağlıdır”.