“Zəfərə gedən yolda ilk uğurlu sınaq”
2 Aprel 18:34
2 Aprel 18:34
2 Aprel 18:33
13 Yanvar 2025 15:45
3 192
2024-cü il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 763 milyon manatdan çox olub. Bu mənbədən daxilolmalar 2023-cü illə müqayisədə 10,9% və ya 566,5 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar əvvəlki ilə nisbətən 13,7% artaraq 3,8 milyard manatdan çox təşkil edib.
Bu barədə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Qeyd edilib ki, işsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü illə müqayisədə 13,7% artaraq 208,1 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,9% artıb və 156,9 milyon manat təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü illə müqayisədə 8,6% artaraq 1 milyard manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10% artaraq 721,3 milyon manata çatıb.
2 Aprel 17:43
1 162
2 Aprel 17:16
1 267
2 Aprel 15:45
1 176