Azərbaycan UNESCO-nun 15 dekabrı “Dünya Türk Dilləri Ailəsi Günü” elan etməsini alqışlayıb
Kolumbiyada polis şöbəsi yaxınlığında maşın partlayıb, iki nəfər ölüb
Azərbaycan nümayəndə heyətinin Rumıniya Senatında görüşü keçirilib
“Kaan” döyüş təyyarəsi Türkiyə ordusunun inventarına daxil ediləcək
Finlandiya Prezidenti Putin-Tramp görüşünü G20-də keçirməyi təklif edib
22 Yanvar 00:40
2 758
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə olan “SOCAR Türkiyə Enerji” şirkəti və “Nakkaş Holdinq” arasında uzunmüddətli əməkdaşlıq protokolu imzalanıb.
Xalqcebhesi.az xəbər verir ki, protokolu “SOCAR Türkiyə Enerji”nin baş icraçı direktoru Elçin İbadov və “Nakkaş Holdinq”in İdarə Heyətinin sədri Ramazan Öztürk imzalayıblar.
Sənəd SOCAR məhsullarının dəmir yolu ilə daşınmasının logistikasının inkişafı və Sabiha Gökçən hava limanında aviasiya yanacağının ticarəti və saxlanması obyektinin yaradılmasını nəzərdə tutur.
Bu əməkdaşlıq Azərbaycan və Türkiyə arasında iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsinə xidmət edən strateji addım kimi qiymətləndirilir.
Tərəflər gələcəkdə bu kimi tərəfdaşlıqların həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq, iqtisadi əlavə dəyər yaradan layihələrin hazırlanması üçün birgə təcrübə və ekspertizadan istifadə etmək niyyətində olduqlarını bildiriblər.