SOCAR istiqrazları ən aktiv alınıb-satılan qiymətli kağızdır İqtisadiyyat
Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR İstiqrazları ilə əməliyyatlar 2017-ci ildə rekord həddə çatıb. İstiqrazların market meykeri olan "PSG Kapital" şirkətindən Trend-ə verilən məlumata görə, ötən il təkrar bazarda 89 230 SOCAR İstiqrazı alınıb, istiqrazlarla əməliyyatların həcmi 89,5 milyon dollar təşkil edib. Ümumilikdə, bu günədək SOCAR İstiqrazları ilə əməliyyatların həcmi 122,6 milyon dollara çatıb.
Qeyd edək ki, 2017-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında bütün istiqrazlar üzrə (ipoteka istiqrazları xaric) ümumilikdə 134 milyon dollarlıq əməliyyat aparılıb. Başqa sözlə, SOCAR istiqrazları istiqraz bazarının 66,8%-ni təşkil edib. 2017-ci ildə SOCAR istiqrazları təkrar bazarda ən aktiv alınıb-satılan qiymətli kağız olub. Ötən il qiymətli kağızların alqı-satqısı üzrə bağlanan əqdlərin 86,5%-i SOCAR İstiqrazlarının payına dühür. İstiqrazlara həm fiziki, həm də hüquqi şəxslərin böyük maraq göstərməsi onun bahalaşmasına səbəb olub. Ötən il istiqrazların qiyməti 1 000-1 023 dollar arasında dəyişib, ilin sonunda isə satış qiyməti 1 030 dollara yüksəlib. Ötən ilin noyabrında SOCAR İstiqrazları ilə REPO əməliyyatlarına start verilib.
Qeyd edək ki, REPO əməliyyatı istiqraz sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq güzəştli şərtlərlə (illik 3,5%-4%) kredit götürməyə imkan verir. Nəticədə istiqraz sahiblərinin öz qiymətli kağızlarını satmasına ehtiyac qalmır, onlar istənilən zaman REPO əməliyatından istifadə edərək tələbat olan vəsaiti cəlb edə bilirlər. REPO əməliyyatlarını cəlbedici edən digər cəhət faiz dərəcəsinin olduqca əlverişli olmasıdır. Belə ki, istiqrazın gəlirliyi illik 5% olduğuna görə, REPO çərçivəsində kredit cəlb edənlər yenə də gəlir götürməkdə davam edirlər. Məhz bu üstünlük nəticəsində istiqraz sahibləri REPO əməlimyyatlarına böyük maraq göstəriblər. Qısa müddətdə SOCAR İstiqrazları ilə REPO əməliyyatlarının həcmi 11,6 milyon dolları keçib. Qiymətli kağızlar bazarındakı bütün repo əməliyyatlarının yarıdan çox hissəsi SOCAR İstiqrazlarının payınac düşüb. REPO əməliyyatları həm hüquqi, həm də fiziki şəxslərlə aparılıb.
2017-ci ildə SOCAR İstiqrazları üzrə 4 dəfə faiz ödənilib. 17 yanvar, 17 aprel, 17 iyul və 17 oktyabr tarixlərində həyata keçirilən ödənişlər çərçivəsində istiqraz sahibləri 5 milyon dollar gəlir əldə ediblər. Bununla da SOCAR İstiqrazları Azərbaycanda öz sahiblərinə dollarla ən çox gəlir gətirən qiymətli kağız olub. 2018-ci ildə SOCAR İstiqrazları sahiblərinə daha 5 milyon dollar faiz gəliri ödəniləcək. İlk faiz ödənişi yanvar ayında olacaq. Nominal qiyməti 1 000 ABŞ dolları olan istiqrazların illik gəlirliliyi 5% və ya hər istiqraz üzrə ildə 50 dollardır. İstiqrazlar üzrə faiz ödənişləri hər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir.