“Zəfərə gedən yolda ilk uğurlu sınaq”
2 Aprel 18:34
2 Aprel 18:34
2 Aprel 18:33
21 İyun 2021 10:51
4 627
İyul ayından sonra "OPEC+" razılaşmasının (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) parametrlərini təyin edəcək müddət barədə hələ heç bir təklif yoxdur.
"APA-Economics"in məlumatına görə, bu barədə RİA "Novosti"yə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib.
"Bunu 10 gündən sonra görəcəyik, prinsipcə, fərqli seçimlərimiz var – bir və ya bir neçə aylıq qəbul etmək. Bu, həm də daha uzun müddəti əhatə edə bilər. Bunu həmkarlarımızla birlikdə müzakirə edəcəyik. Hazırda konkret təkliflər yoxdur, onları görüşə yaxın hazırlayacağıq", - Novak vurğulayıb.
Qeyd edək ki, "OPEC+" ölkələrinin iclası iyulun 1-də keçiriləcək.
Xatırladaq ki, iyunun 1-də keçirilmiş iclas nəticəsində alyans razılaşmanın əvvəlki parametrlərini sabit saxlayıb, yəni iyul ayında neft hasilatı bir qədər artırılacaq (gündəlik 2,1 mln. barel).
2 Aprel 17:43
1 078
2 Aprel 17:16
1 183
2 Aprel 15:45
1 106