“Zəfərə gedən yolda ilk uğurlu sınaq”
2 Aprel 18:34
2 Aprel 18:34
2 Aprel 18:33
7 İyul 2021 11:49
2 835
Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası fəaliyyətə başlayıb.
Bu gün palatanın təqdimat mərasimi keçirilib.
Tədbirdə Pakistan və Azərbaycan tərəfindən dövlət rəsmiləri iştirak edib.
Mərasimdə çıxış edən palatanın İdarə heyətinin sədri Azər Əkbərov bildirib ki, Azərbaycanla Pakistan arasında tarixi əlaqələr mövcuddur və bu əlaqələr daim inkişaf edir. O bildirib ki, Palatanın fəaliyyətə başlaması iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün yeni imkanlar açacaq.
Daha sonra çıxış edən palatanın prezidenti Xurram Bhati bildirib ki, Azərbaycan və Pakistan arasında iqisadi əməkdaşlığın və qarşılıqlı investisiyaların artırılması üçün böyük potensial var: “Eyni zamanda iki ölkə arasında ticarət dövriyyəsinin artırılması mümkündür. Biz bu əməkdaşlığın, iqtisadi əlaqələrin geniləndirilməsi yollarını tapmalıyıq. Bu palatının yaradılması iqtisadi əlaqələrin inkişafına böyük dəstək olacaq”.
2 Aprel 17:43
1 071
2 Aprel 17:16
1 183
2 Aprel 15:45
1 106















