22 May 17:35
30 Sentyabr 2022 18:57
2 751
Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir.
Bunu Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə mətbuata bəyanatlarla çıxış edərkən bildirib.
"Avropa İttifaqı ilə Azərbaycan arasında bu yaxınlarda enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalanmışdır. Bu Memoranduma əsasən, növbəti bir neçə ildə biz Avropaya qaz ixracatımızı ən azı 2 dəfə artıracağıq və buna imkan var. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu bizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. Əlbəttə ki, bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir", - dövlət başçısı qeyd edib.
22 May 20:34
1 246
22 May 20:30
1 337
22 May 20:28
1 239