Azərbaycan Ordusunun Ermənistan bölmələrinə atəş açması barədə məlumat yalandır - MN Siyasət

Azərbaycan Ordusunun Ermənistan bölmələrinə atəş açması barədə məlumat yalandır - MN

Noyabrın 10-u saat 10:30-da ordumuzun bölmələri tərəfindən guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb", - nazirliyin açıqlamasında deyilir.