Tehran azərbaycanlıların ovuna çıxıb Siyasət

Tehran azərbaycanlıların ovuna çıxıb

İran bütün dünya üçün təhlükədir

İran müxtəlif hərəkətlər və yollarla Azərbaycana qarşı ənənəvi düşmənçilik siyasətini davam etdirir. Bu dəfə rəsmi Tehran “casus ovu”na əl atıb. Beləki Azərbaycan tələbə Fərid Səfərlinin İranda casusluq ittihamı ilə həbs olunması molla rejiminin əsl mahiyyətini bir daha açıq nümayiş etdirmiş oldu. Almaniyanın Yena Universitetində təhsil olan 27 yaşlı Fərid Səfərli bu il fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F. Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib.
O vaxtdan ailəsi Fəriddən məlumat ala bilmirdi. Nəhayət, 3 ay sonra İran-molla rejiminin Fəridi casusluqda ittiham edərək saxladığı barədə məlumat əldə olunub.
İranın Azərbaycan vətəndaşlarına qarşı bu cür absurd ittihamlar irəli sürüb həbs etməsi halları zaman-zaman baş verib.
İrana işləmək üçün gedən azərbaycanlı alim Rəşid Əliyev də 2008-ci ildə qondarma casusluq ittihamı ilə həbs olunmuşdu. Rəşid Əliyev 2007-ci ildə İran tərəfindən müqavilə əsasında elmi-tədqiqat işlərinə dəvət almış, orada kvant elektronikası sahəsində elmi-tədqiqat işlərində iştirak etmişdi. Şirkətin rəhbərliyi ona dəfələrlə İran vətəndaşlığını qəbul etməsini və daimi İranda qalıb işləməsini təklif etsə də, Rəşid Əliyev bundan imtina etmiş, Azərbaycana qayıtmışdı. 2008-ci ildə isə Rəşid Əliyevi yenidən İrana dəvət edərək, müəmmalı şəraitdə həbs etmiş, ona qarşı da qondarma casusluq ittihamı irəli sürmüş, siyasi məhbusların saxlanıldığı məşhur “Evin” zindanında günahsız yerə 1 il 10 ay saxlamışdılar.
Bundan başqa, Azərbaycanın iki gənc şairi Fərid Hüseyn və Şəhriyar Del Gerani (Hacıyev) 2012-ci il mayın 2-də İranda həbs olunmuşdu. İrana ədəbi müsabiqədə iştirak üçün gedən gənc şairlər İran təhlükəsizlik qüvvələri tərəfindən qondarma ittihamla həbs olunmuş, üç ay orada həbsdə saxlanılmışdı.
Digər azərbaycanlı alim, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Xalidə İsmayılova (Xalid) və onun sürücüsü Şamxal Hüseynov da 2013-cü il aprelin 30-da İranın xüsusi xidmət orqanı olan ETTELAAT tərəfindən qondarma casus ittihamı ilə saxlanılmışdı. Heç bir dəlil-sübut olmadan Xalidə İsmayılova İran dövlət televiziyası tərəfindən casus elan edilmişdi. Alimin həbsdən azad edilməsi həmin il mayın 19-da mümkün olmuşdu.
Təxminən iki il 6 ay əvvəl İranda həbs edilən Azərbaycan Respublikası vətəndaşı Validə Yusifova da Evin həbsxanasının qadınlar bölməsində saxlanılır.
"Güney Azərbaycan" Teleqram kanalı xəbər verir ki, Validə Yusifova həbs edildikdən sonra ilk olaraq Ərdəbil, daha sonra isə Təbrizdəki təhlükəsizlik müəssisələrindən birinin təcridxanasına köçürülmüşdü. Təxminən üç ay təkadamlıq kamerada saxlanılmış, dindirildikdən sonra Tehrandakı Evin həbsxanasındakı 2-A Palata kimi tanınan SEPAH Kəşfiyyat Təcridxanasına etap edilmişdi.
Validə Yusifova dindirilmə prosesi bitdikdən sontra Evin həbsxanasının qadınlar şöbəsinə köçürülüb.
31 yaşlı Validə Yusifova Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin müdiri, hakim Əbülqasim Salvati tərəfindən “casusluq” və “narkotik ticarəti” ittihamı ilə mühakimə olunub.
Həmçinin o, ailəsi ilə əlaqə saxlamaq hüququndan məhrum edilib.
İran artıq təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün təhlükəli ölkəyə çevrilib. Hətta Avropa Birliyi belə quruma üzv ölkə rəhbərlərinə müraciət edib ki, vətəndaşlarının İrana getmələri təhlükəlidir.
Azərbaycan Xarici İşlər Nazirliyi də bu barədə vətəndaşlarımızı xəbərdar edib. XİN-in müraciətində dedyilir ki, сфri ilin yanvar ayında Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçiliyimiz nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur.
Bildirilib ki, hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tələb olunur.
İran İslam Respublikasındakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:
Politoloq Elşən Manafov”Xalq Cəbhəsi”nə bildirib ki, İran və Azərbaycan arasında münasibətlərdə yaşanan gərginlik regional və qlobal baş verən hadisələrlə bağlıdlr. İ..Əliyevin prezidentliyinin ikinci ilində, 2005-ci ildə İran və Azərbaycan arasında hücum etməməklə bağlı müqavilə imzalandıqdan sonra tərəflər arasında münasibətlər qarşılıqlı inam və etimad müstəvisi üzərində yüksəlməyə başlandı: “Dövlətlər bir-birilərinə hücum etməyəcəkləri barədə müqaviləyə imza atmışdılar. Bundan sonra tərəflər öz ərazilərindən üçüncü bir tərəfin hücum etməyəcəyi ilə bağlı öhdəlik götürmüşdülər. Lakin Azərbaycanın Ermənistan üzərindəki qələbəsindən sonra hər şey tədricən dəyşməyə başladı. İran Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcəyi təqdirdə Ermənistanla münasibətlərinin məhdudlaşacağından ehtiyat edir və açıq şəkildə bəyan edir ki, o buna yol verməyəcək. ABS-la ciddi əməkdaşlıq edən Pasinyan iqtidarının dəhliz vasitəsilə bölgədəki geosiyasi regionalrı Qərbin xeyrinə dəyişməyə cəhd edəcəyindən də rəsmi Tehran narahat olur, nəhayət, Azərbaycanın İsraillə əməkdaşlığı Tehranı məmnun etmədiyindən o rəsmi Bakını dolayısı yolla da olsa Tehran əleyhinə onu qane etməyən regional siyasət yürütməkdə suçlayır. Bütün bunlar Tehranın Azərbaycana yönəlmiş siyasətinin bəzi korrektələrin edilməsinə səbəb olmuş, “əcinnə ovu”nun başlanmasına rəvac vermişdir. Casusluqda ittiham olunaraq şərlənən və tutulan Azərbaycan vətəndaşları Tehrandakı səfirliyimizə olan hücum artıq Tehranın Azərbaycanla bağlı siyasətində kardinal dəyişikliklərə getməyindən xəbər verirdi”.
Poliotoloqun fikrincə,rəsmi Bakının adekvat olaraq atdığı addımlar bu mənada cavab gedişləri effekti doğurmuş, "yumşaq hücum" taktikası davam etdirilmişdir. Əslində isə bütün bu gərginliyin fonunda Qərb imperilizminin "'parcala və hokm sür" siyasətini necə böyük məharətlə həyata keçirdiyini sezməmək mümkün deyil. Müharibədən bir qədər sonra ETALLAT-ın bölgədəki təxribat hərəkətləri sərhədlərimiz yaxınlığında təlimlər keçirməsi rəsmi Bakı tərəfindən təxribat olaraq qiymətləndirdi. Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən narkotik cinayətində, habelə dini radikalizmi yayan şəxslərin tutularaq zərərsizləşdirilməsi də münasibətlərə təsirsiz ötüşmədi. Bununla belə 2022-ci ilin oktyabrı üçün dövlətlərarası ticarət dövriyyəsinin həcmi 1,2 milyadr dolar keçmişdir, bu isə münaqişənin davam və inkişaf etdirilməsi üçün yaxşı zəmindir: “İran-Azərbaycan münasibətlərində Qərbin yumşaq müdaxiləsi ilə yaşanan gərginliyin əsas səbəbi Simal Cənub dəhlizinin reallaşmasının qarşısının alınmasıdır, zira bu dəhliz Rusiyanın bölgəyə iqtisadi və loqistika konteksində nüfuzunun artmasına səbəb ola biləcəyindən Qərb İsrail vasitəsilə bu layihənin gercəkləşməsinin qarşısını almağa cəhd göstərir, zira Astara Rəşt yolunun Azərbaycan ərazisindın keçəcəyi bəllidir, deməli, məhz bu istiqamətdə problem yaratmalı Rusiyanın bu yolla ərəb dünyasına, Çin və Hindistana olan yolunu əngəlləmək lazımdır və etiraf etmək lazımdır ki, Qərb müəyyən mənada buna nail olmağın bir addımlığında idi, belə ki, yolun maliyyə məsrəfləri üçün ilk olaraq kreditləri Azərbaycan ayırmağa hazır idi, lakin süni olaraq İranla münasibətlərdə yaranan gərginlik bu layihənin gerçəkləşməsini ləngitdi, Rusiya yolun maliyyə məsrəfləri üçün kredit ayıtscağını bəyan etdikdən sonra isə bu yolun çəkiləcəyi şübhə doğurmur, bu isə belə bir fikri səsləndirməyə əsas verir ki, Putin burada da Qərbin məkrli gedişinin qarşısını almağa nail oldu. Azərbaycanın isə öz ərazisindən loqistik imkanlar baxımından mənfəət götürəcəyi isə birmənalıdır, perspektivdə qarşılıqlı mənfəət və etimad münasibətlərdəki gərginliyin səngiməsinə öz tohfəsini verəcək”.
Millət vəkili Naqif Həmzəyevin fikrincə, onlar nəyin bahasına olursa olsun Azərbaycanda casusluq xidməti göstərən və Azərbaycan əleyhinə işləyən qüvvələrin həbsindən sonra heç bir əsası olmadan azərbaycanlılara qarşı buna bənzər ittihamlar irəli sürməklə sanki qisas aldıqlarını bəyan etmək istəyirlər. Ancaq bu İran tərəfinə heç nə verməyəcək. Azərbaycanda İrandan fərqli olaraq casusluq xidməti göstərən, Azərbaycan əleyhinə fəaliyyətlər görən, Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən şəxslərin məqsədini sübut edən kifayət qədər video çıxışlar Azərbaycan xüsusi xidmət orqanlarında var. Eyni zamanda mediada, “Youtube”də buna bənzər çağırışları hər kəs görə bilər. Ancaq azərbaycanlı tələbənin belə bir ittihamla həbs olunmasını sübut edən heç bir fakt, dəlil yoxdur. Bu da haqsız yanaşmadır.
Deputat bildirib ki, Azərbaycanla İran sərhədi bağlıdır, bu sərhədlə vətəndaşların keçməsi mümkün deyil. Yalnız təyyarə vasitəsilə və ya üçüncü dövlətlərin ərazisindən keçməklə İrana səfər etmək olur.
“Ancaq xüsusilə də 44 günlük Vətən müharibəsindən sonra İrana bu cür səfərlərin edilməsi təhlükəlidir. Azərbaycan vətəndaşları çalışmalıdır ki, rəsmi dəvət və ya rəsmi səfər olmadığı təqdirdə İrana səfər etməkdən çəkinsinlər. İranda azərbaycanlılara qarşı aqressiya var. Tehranda - Azərbaycan səfirliyində teror hadisəsinin törədilməsi, Azərbaycan diplomatının şəhid edilməsi və digərlərinin yaralanması, daha sonra Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafaya qədər İrana meyilli radikal qruplar tərəfindən sui-qəsdin təşkil edilməsi onu deməyə imkan verir ki, İranda Azərbaycan vətəndaşalarına qarşı münasibət heç də yaxşı deyil. Bu baxımdan da, İrana səfər etməkdən çəkinməliyik. Çalışmalıyıq ki, İranın Azərbaycana qarşı səmimi, dost mövqeyini tam gördükdən və buna əmin olduqdan sonra İrana səfər etsinlər”.

Cavid