

Bu ilin 23 aprel tarixində Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qoyulması həm hərbi gücümüzün və siyasi iradəmizin göstəricisidir, həm də bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir.
Bunu "Xalq Cəbhəsi"nə
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib.
QHT sədri qeyd edib ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinin önündə “TIR şousu” təşkil edən Ermənistana da, Qarabağa “humanitar yük” karvanı göndərmək adı altında təxribatla məşğul olan Fransa bilməlidir ki, bu gün Azərbaycanla razılaşdırılmadan “Laçın” postundan “humanitar yük”lərin keçirilməsinə cəhd göstərmək beynəlxalq hüquqa qarşı müharibə elan etmək deməkdir:
"Bəli, bu gün Ermənistan Fransa ilə birləşərək beynəlxalq hüquqa qarşı açıq müharibə aparır. Bu isə cavabsız qalmamalıdır. Birləşmiş Millətlər Təşkilatlar və bölgədə sülhün bərqərar olmasında maraqlı olan digər beynəlxalq təsisatlar, aktorlar Ermənistan və Fransaya öz yerini göstərməli və onları çirkin siyasi manipulyasiyalara son qoymağa, beynəlxalq hüquqa hörmətlə yanaşmağa məcbur etməlidir".
Cavid