“Qarabağ probleminin həllində ATƏT-in rolu vacibdir” Siyasət

“Qarabağ probleminin həllində ATƏT-in rolu vacibdir”


Gündəmdə olan bütün əsas məsələlər ATƏT-in Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşündə müzakirə olunacaq.
Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib.
"Böhranların dünyanı cənginə aldığı indiki zamanda Dağlıq Qarabağ, Şərqi Ukrayna, Dnestryanı və Avropada mövcud olan digər münaqişələrin həllində, böhranın idarə edilməsində ATƏT-in rolu əvvəlkindən daha vacibdir. Bunu həm də sülh və təhlükəsizliyin təminatı məsələsi ilə bağlı deyə bilərik", - Almaniyanın XİN başçısı vurğulayıb.
Qeyd edək ki, XİN Şurasının görüş sentyabrın 1-də Almaniyanın Potsdam şəhərində keçiriləcək. Görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edəcək.