“Azərbaycan xalqı bütün dini ayinlərə hörmətlə yanaşır” Siyasət

“Azərbaycan xalqı bütün dini ayinlərə hörmətlə yanaşır”

"Ölkənin dini mərasimlər keçirilən heç bir məscidində insident qeydə alınmayıb".
Bunu Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıdeyib. O qeyd edib ki, hansısa xırda hadisələr baş verə bilər. Lakin bu il aşura ilə bağlı tədbirlər tam qanun çərçivəsində, sakit şəraitdə keçirilib.
Komitə sədri bildirib ki, Azərbaycan xalqı bütün dini ayinlərə hörmətlə yanaşır: "Bu, bizim xalqımızın yüksək mədəniyyət və intellekt sahibi olduğunu göstərir. Azərbaycanda bütün dini təriqətlərdən olan insanlar qanvermə aksiyasında iştirak edirlər. Bu, ölkəmizin dini tolerantlıq və multikultiralizm nümunəsidir".