“Köçəryan da bir gün Azərbaycanda dəmir barmaqlıqlar arxasında oturacaq”-Əliməmməd Nuriyev Siyasət

“Köçəryan da bir gün Azərbaycanda dəmir barmaqlıqlar arxasında oturacaq”-Əliməmməd Nuriyev

“44 günülük Vətən Müharibəsində zəfərimiz və 19 sentyabr 24 saatlıq antitteror əməliyyatları Xocalı faciəsinə yeni tarixi nəzərlə baxmağa imkan verir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu “Konstitusiya Araşdımalar Fondu”nun rəhbəri Əliməmməd Nuriyev bildirib. Ə.Nuriyev diqqətə Çatdırıb ki, Xocalı faciəsini göz önündə tutaraq necə vəhşi, məkrli bir düşmənə qalib gələ bildiyimizi daha aydın şəkildə başa düşürük: “Xocalı cəlladı Köçəryan demişdi ki, azərbaycanlıları qorxutmaq üçün bu qırğın törədilmişdi, lakin tarix əksini sübut etdi, xalqımızı heç kim, heş bir qüvvə qorxuda bilməz. Köçəryan da bir gün Qukasyan, Balasanyan, Arutunyan kimi Azərbaycanda dəmir barmaqlıqlar arxasında oturacaq. Erməni xalqı da bu olanlardan nəticə çıxarmalıdır, törətdikləri facilərə görə məsuliyyətini drək etməli və ibrət götürməlidir. Bunun üçün tarixi imkan yaranıb, daha qaniçən siyasətçilərin arxacınca getməməlidir. Bu gün Xocalı azaddır, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə digər ərazilərimiz kimi dirçələcək, inkişaf edəcək. Lakin dünya durduqca biz Xocalını unuda bilmərik və unutmamlıyıq! Allah Xocalı şəhidlərinə rəhbət eləsin! Ruhları şad olsun!”.

Əli