“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
18 Aprel 2024 15:40
2 198
“İnsanları küçələrə çağıran şəxsin və təşkilatın ilk növbədə buna mənəvi haqq olmalıdır. Sual olunur: birincisi, 30 ildən çox müddətdə millətimizin arzusu olan torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan müqəddəs Vətən müharibəsinə, Xankəndidə bayrağımızın ucaldılmasına laqeyd qalanların, düşmənin qovulmasına görə Azərbaycan millətini və rəhbərini təbrik etməyənlərin mitinq çağırmağa mənəvi haqqı varmı? Cavab: Yoxdur!”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı qeyd edib: “İkincisi, ölkədə bütün səylərin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsinə yönəldiyi bir vaxtda insanların diqqətini yayındırmağa cəhd göstərmək səyləri kimin, hansı ölkələrin maraqlarına xidmət edir? Cavab:Azərbaycanın düşmənlərinin, ilk növbədə Ermənistan və Fransanın! Üçüncüsü, insanları mitinqə səsləyənlərin düşüncə, fikir mübarizəsində uduzacaqlarını əvvəlcədən bilərək bunu əzələlərin toqquşmasına yönəltmək niyyətləri yoxdurmu? Cavab:Tarixən yalnız intellektual, düşüncə, fikir mübarizəsində məğlub olacaqlarını bilənlər zorakılığa, qarışıqlıq yaratmağa çalışıblar. İndiki mitinq çağırışları da bunu göstərir. Dördüncüsü, mitinqə çağıranlar millətimiz üçün hansı yolu üstün görürlər: qarşıdurma, yoxsa islahatlar yolunu? Cavab:Qarşıdurma yolunu. Bu yolu millətimiz çoxdan tarixin zibilliyinə atıb. Nəhayət, millətimiz mitinqə çağıranların ardınca gedəcəkmi? Cavab: Getməyəcək! Çünki millət onun xəyallarını gerçəkləşdirən, üstündəki ləkəni silən, yüzilliklərin problemini kökündən kəsib atan Rəhbərinin ardınca gedir. Doğru yol budur!”.
2 Noyabr 18:46
1 127
2 Noyabr 11:24
1 302
1 Noyabr 17:13
1 736