“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
Türkiyədə təqaüdçü polis kafeyə silahlı hücum edib, 2 nəfər ölüb, 2 yaralı var
8 Oktyabr 2024 12:21
2 583
Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin xalqları arasında möhkəm təməllər üzərində qurulan münasibətlər səhiyyə sahəsində də əlaqələrin ən yüksək şəkildə inkişafına zəmin yaradır.
Bunu Azərbaycan səhiyyə naziri Teymur Musayev Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında çıxışında bildirib.
Nazir bildirib ki, bu ilin aprel ayında Qırğız Respublikası Prezidentinin Azərbaycana rəsmi dövlət səfəri çərçivəsində iki ölkənin Səhiyyə Nazirlikləri arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
T. Musayev deyib ki, bu gün səhiyyə sahəsində münasibətlərin dərinləşməsinə və gələcək birgə fəaliyyətlərin inkişafına təkan verəcək ikitərəfli sənədlərin və Türktransplant sisteminin yaradılmasına dair niyyət protokolunun imzalanmasına şahidlik edəcəyik: “TDT-na üzv və müşahidəçi ölkələrinin Vahid tibb elmi məkanının yaradılması, birgə elmi tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təmin edilməsini birgə fəaliyyətimizin əsas istiqamətləri hesab edirik”.
Qeyd olunub ki, səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının sürətli tətbiqi Təşkilat çərçivəsində vahid elektron səhiyyə standartlarının hazırlanması ilə sərhədlərarası pasiyent məlumatlarının mübadiləsini mümkün edir: “Bu istiqamətdə də birgə reallaşdırmalı olduğumuz çoxsaylı imkanlar mövcuddur”.
11:24
546
1 Noyabr 17:13
1 309
1 Noyabr 16:44
1 477