“Avropa-Rusiya qarşıdurması qaçılmaz görünür”
2 Dekabr 21:02
2 Dekabr 21:02
2 Dekabr 20:44
2 Dekabr 20:30
21 Noyabr 2024 13:29
2 814
“Məlum olduğu kimi, Fransa uzun müddətdir ki, Azərbaycan əleyhinə qarayaxma kampaniyasını beynəlxalq müstəvidə davam etdirir. Azərbaycan tərəfinin də qeyd etdiyi kimi təəssüf ki, Fransa Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi elan olunduğu ilk gündən Azərbaycana qarşı bu səylərinə davam etdi və biz də bu çağışırları gördük”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
C.Məmmədov bildirib ki, həm Avropa Parlamentində, həm digər müstəvilərdə bu gün bölgəmizə sülhün gəlməsinə ən çox mane olan dövlətlərdən biri məhz Fransadır: “Fransa bölgəmizdəki proseslərə kobud şəkildə müdaxilə edir və Azərbaycan Ermənistan münasibətlərinin normallaşmasının qarşısını ciddi bir formada alır. Həmçinin bu gün Fransa davamlı olaraq Ermənistanı silahlandırır, onu yenidən revanşizmə yönləndirir. Bu da təbii ki, ciddi narahatlıq doğura biləcək məsələdir. Azərbaycan beynəlxalq hüquq sənədlərinin tələblərindən çıxış edərək Fransanın Azərbaycandakı səfirliyinə xəbərdarlıq etdi. Bu mənada Fransa bu məsələdən çəkinməli, Azərbaycan əleyhinə təbliğatlara son qoymalı, Ermənistanı silahlandırmamalı, eləcə də bölgəmizə sülhün gəlməsinə mane olmamalıdır”.
Röya İsrafilova
2 Dekabr 17:41
1 267
2 Dekabr 17:02
1 267
2 Dekabr 16:59
1 729