“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
12 Mart 17:57
2 506
Azərbaycanla Şimali Makedoniya Respublikası arasında əməkdaşlığın intensiv inkişafı hər iki ölkə və xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.
Bunu Avrasiya.net-ə Makedoniya parlamentinin deputatı, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyəti sədri Enes İbrahim Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfərinə münasibətində deyib.
O, vurğulayıb ki, Şimali Makedoniya Prezidentinin qısa müddətdən sonra Azərbaycana ikinci dəfə səfər etməsi ölkələrimiz arasında çoxtərəfli əlaqələrin daha da genişləndirilməsinə ciddi təkan verəcək: "Xüsusilə də enerji sahəsindəki əməkdaşlıq, ötən ildən Şimali Makidoniyaya qaz ixracı, turizm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq yeni imkanların açılması deməkdir. Xalqlar arasında humanitar əməkdaşlıq da iki ölkə arasında əlaqələrin mühüm istiqamətlərindən biridir".
E.İbrahim onu da əlavə edib ki, iki ölkə arasında bütün sahələrdə - siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlıq, münasibətlərin möhkəmlənməsi, qarşılıqlı inam və etimad iki ölkənin xalqlarının rifahı və regionda sabitliyin təmin edilməsi baxımından əhəmiyyətlidir. Gələcəkdə bu əlaqələrin daha da möhkəmləndirilməsi və yeni sahələrdə əməkdaşlığın genişləndirilməsi gözlənilir.
18:46
1 036
11:24
1 197
1 Noyabr 17:13
1 666