“Vaşinqton hərbi gücdən istifadə edərsə…”
29 Sentyabr 15:04
29 Sentyabr 15:04
29 Sentyabr 14:48
29 Sentyabr 14:40
29 Sentyabr 13:47
9 Avqust 2025 11:54
3 619
“Azərbaycan Prezidentinin Vaşinqton səfəri bütün dünyanın diqqət mərkəzindədir və şəxsən özüm də izləyirəm. Diqqətimizi çəkən və bizi də qürurlandıran odur ki, dünyanın bir nömrəli super dövlətinin rəhbəri, onun dövlət aparatı Azərbaycana diqqət kəsilib. Əlbəttə, söhbət burada həm Azərbaycandan, həm Ermənistandan getsə də, bütün dünya bilir ki, əsas diqqət mərkəzində olan Azərbaycandır, onun prezidentidir”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
A.Həsrət vurğulayıb ki, Prezident İlham Əliyevə göstərilən diqqət hər kəsin diqqətini çəkmiş durumdadır: “Yəni biz Prezidentin səfəri zamanı izlədiyimiz görüntülərdə istər Donald Trampın şəxsən özünün, istərsə də bütövlükdə ABŞ administrasiyasının göstərdiyi diqqəti müşahidə edirik. Bu da təsadüfi deyil. Deməli, Azərbaycan dövlət olaraq, Prezident İlham Əliyev də onun lideri olaraq ABŞ-nin bizim bölgə ilə bağlı diqqət yetirdiyi faktora çevirilib, üstəlik də Prezident İlham Əliyev artıq dünya liderlərindən biri kimi qəbul edilir. Ona görə də ona bu cür böyük hörmət göstərilir”.
Röya İsrafilova
29 Sentyabr 21:03
742
29 Sentyabr 19:53
693
29 Sentyabr 19:51
700