Mövlut Çavuşoğlunun Azərbaycana səfəri başlayıb Siyasət

Mövlut Çavuşoğlunun Azərbaycana səfəri başlayıb

Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlunun Azərbaycana səfəri başlayıb.
O, bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Gürcüstan xarici işlər naziri Mixeil Canalidze ilə 6-cı üçtərəfli görüşdə iştirak edəcək.
Türkiyəli nazirin Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü gözlənilir.
Mixeil Canalidze dünən axşam saatlarında Bakıya gəlib.
Qeyd edək ki, 6-cı üçtərəfli görüşdə əvvəlki görüşlərdə qəbul olunmuş qərarlar nəzərdən keçiriləcək, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələləri müzakirə olunacaq və sonda "2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı" imzalanacaq.
Səfər zamanı nazirlər arasında ikitərəfli görüşlər də baş tutacaq.