“Camaata dərs keçmə...” Siyasət

“Camaata dərs keçmə...”

Milli Məclisin dünən keçirilən iclasında mübahisə yaranıb.
Hadisə deputat Zahid Orucun məhkəmələrə hakim təyinatı layihəsi ilə bağlı çıxışı zamanı baş verib.
Zahid Oruc çıxış edərkən deputat Yevda Abramov "Çox danışırsan, səsə qoyaq" deyə replika atıb.
Zahid Oruc da isə deputat həmkarına cavab verərək "Yevda müəllim, sizə böyük hörmətim var, amma bu fikirləri deməyə hüququm var. İmkan verin, sözümüzü deyək. İclasa gəlmək istəmirsinizsə, gəlməyin" cavabını verib.
Spiker Oqtay Əsədov mübahisəyə müdaxilə edərək Zahid Oruca çıxışını davam etdirməyi tövsiyə edib: "Camaata dərs keçmə. Sözü bir kəlmə dedin, bəsdi, uzatmaq lazım deyil".