“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
Türkiyədə təqaüdçü polis kafeyə silahlı hücum edib, 2 nəfər ölüb, 2 yaralı var
30 Sentyabr 2019 15:12
1 491
“Şeyxlər kimi yaşayırsan”
AXCP NTK sədri Aydın Əliyev Əli Kərimlini ifşa edən bəyanatla çıxış edib. Azadinform xəbər verir ki, facebook səhifəsində canlı yayıma qoşulan Aydın Əliyev partiyanın 2015-ci ildə keçirilən qurultayından sonra NTK sədri seçildiyini bildirərək, o vaxtdan AXCP-nin rəhbər orqanlarında təmsil olduğunu qeyd edib.
O vurğulayıb ki, 30 illik siyasi fəaliyyətindən sonra Kərimlinin iç üzünün nə olduğun başa düşüb.
Kərimlinin xaricdən gələn qrantlar hesabına ərəb şeyxləri kimi həyat tərzi sürdüyünü deyən Aydın Əliyev bildirib ki, partiya daxilində də diktatura rejimi qurub: “Fərqli düşünənləri, onun antidemokratik hərəkətinə etiraz edənləri ən çirkin üsullarla ləkələyib böhtanlara məruz qoyub partiyadan uzaqlaşdırıb. Əli Kərimli bir siyasi dələduz olaraq bizi aldadıb. Bu gün də gəncləri aldadaraq öz çirkli oyunlarına qurban vermək istəyir”.
A. Əliyev daha sonra bildirib ki, partiyada çox adam onun əməllərindən bixəbərdir: “Əli Kərimli və onun əl altıları məni də öz çirkin əməllərinin qurbanına çevirib. Biz, Əli Kərimlinin yaratdığı çirkin oyunlara qarşı mübarizə aparacağıq, istefa verməyəcəyik. Onun xəyanətkar əməllərini ifşa edəcəyik. Qoy, xalq onun iç üzünü tanısın. Onun xalqımıza qarşı hansı xəyanətlərə yol verdiyindən xəbərdar olsunlar. Çirkin xəyanətkar oyunlar yetər! Əli Kərimli, istefa ver, çirkli oyunlardan əl çək!”.
11:24
896
1 Noyabr 17:13
1 428
1 Noyabr 16:44
1 603