İran XİN ABŞ-ı hərəkətlərinə görə məsuliyyətə cəlb etməyə çağırıb
Donald Tramp: Azərbaycan Prezidentini Qəzza üzrə Sülh Şurasına dəvət etməkdən böyük şərəf duyuram
QMİ: Həcc ziyarəti ilə bağlı kvotanın 60 faizdən çoxu tamamlanmaq üzrədir
Azərbaycan-Kərkük elmi, ədəbi-mədəni əlaqələrinin inkişaf etdirilməsi istiqamətində növbəti addım
19 Mart 2020 17:30
13 601
BAXCP sədri: “Fondun bank hesabı açılan kimi ora ilk vəsait köçürən şəxslərdən biri olacağımı bildirirəm”
Prezident İlham Əliyev Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
Fərmana əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
“BayMedia” Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Prezidentin imzaladığı fərmana münasibətini öyrənib.
Millət vəkili ölkə başçısının bu qərarını alqışladığını və zamanında verilmiş fərman olduğunu bildirib:
"Fürsətdən istifadə edib Prezidentin bu çağırışına qoşulduğumu bəyan edirəm və fondun bank hesabı açılan kimi ora ilk vəsait köçürən şəxslərdən biri olacağımı bildirirəm. Dövlət başçısının bu fərmanı tarixi əhəmiyyət kəsb edir və onun ölkə vətəndaşlarının sağlamlığının, təhlükəsizliyinin qayğısına qaldığını, hər bir vətəndaşın taleyindən narahat olduğunu göstərir. Xoşbəxtlikdən Prezidentin bundan öncə də müvafiq addımları ilə ölkəyə vaxtında lazımi avadanlıq və preparatlar, qoruyucu vasitələr gətirilib və karantin tədbirləri görülüb. İnşallah, Azərbaycan əsrin bəlasını çevrilməkdə olan bu virusa qarşı mübarizədən ən az itkilərlə çıxa bilən bir dövlət olacaq. Bunu arzu edirəm və ümid bəsləyirəm. Eyni zamanda, hamını milli həmrəyliyə və bu bəlaya qarşı birgə mübarizəyə çağırıram. Təlaşa gərək olmasa da səhlənkarlığa da yer yoxdur. Diqqətli və təmkinli olmaqda fayda var”.
13:01
462
12:45
574
12:42
623