Növbəti 5 il üçün əməkdaşlığın strateji planı Siyasət

Növbəti 5 il üçün əməkdaşlığın strateji planı

BMT təmsilçisi: "Azərbaycanla əməkdaşlıq etməkdən qürur duyuruq"

"Azərbaycan Hökuməti və BMT arasında 2016-2020-ci illəri imzalanması, tərəflər arasında əlaqələri daha da inkişaf etdirəcək və gələcək strateji prioritetləri müəyyən edəcək".
Bunu BMT-nin Rezident Əlaqələndiricisi Antonius Bruk bildirib.
Onun sözlərinə görə, bu sənəd BMT-nin Azərbaycanda necə işləməsini nəzərdə tutur və əsasən 3 strateji sahəni özündə əks etdirir: "Bu sahələrdən birincisi iqtisadi inkişaf və layiqli iş yerlərinin artırılmasıdır. İkinci sahə təşkilati potensialın gücləndirilməsi və effektiv ictimai və sosial xidmətlərin aparılmasıdır. Sonuncu sahə isə ətraf mühit üzrə idarəçilik, təbii və antropogen fəlakətlərə qarşı dayaqnıqlığın təmin edilməsidir".
A.Bruk, bu sənədin dayanıqlı inkişafa yönəldəcəyini deyib: "Biz BMT olaraq Azərbaycanla mütəmadi olaraq tərəfdaşlıq məsələləri ilə bağlı məsləhətlər aparacağıq və bu, növbəti 5 il üçün əməkdaşlığımızın strateji planı olacaq. Biz BMT olaraq Azərbaycanla əməkdaşlıq etməyə və tərəfdaş olmağımızla qürur duyuruq".