“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
Türkiyədə təqaüdçü polis kafeyə silahlı hücum edib, 2 nəfər ölüb, 2 yaralı var
22 Oktyabr 2020 11:43
1 428
Paşinyanın düşüncəsiz davranışları, ötən gün bütün əhalini silahlanmağa çağırması bir daha göstərdi ki, Ermənistan sülh tərəfdarı deyil, işğalçılıq siyasətini davam etdirməkdə israrlıdır. Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, Ermənistan sentyabrın 27-dən etibarən iki dəfə əldə olunan humanitar atəşkəs rejiminin heç birinə əməl etmədi:
“Hər dəfə atəşkəs elan olunduqdan sonra daha da azğınlaşdılar, Azərbaycanın mülki əhalisini daha intensiv şəkildə atəşə tutmağa başladılar. Gəncədə dinc əhaliyə qarşı törədilən qətliam da erməni vəhşiliyinin ən bariz nümunəsidir. Qüdrətli Azərbaycan ordusu qarşısında tab gətirə bilməyən mənfur düşmən Azərbaycanın münaqişə zonasından xeyli uzaqda yerləşən şəhərlərini atəşə tutur.
Paşinyanın dünən əhalini silahlanmağa çağıran çıxışından sonra düşmən bir az da ağzınlaşdı. Bü gün səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutuldu.
Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.
Burada terrorçu Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur oldu. Azğınlaşmış Ermənistan rejminin məqsədi xalqımıza qarşı növbəti dəfə qətliam törətmək olub. Xöşbəxtlikdən rəşadətli ordumuz bu raketləri elə havada zərərsizləşdirib.
Cəbhədə vəziyyəti gərginləşdikcə Ermənistan daha çox dinc obyektləri və mülki şəxsləri hədəfə alır. Ancaq ermənilərin bu mənfur hərəkəti xalqımızın iradəsini, qələbə əzmini qıra bilməz. Əksinə xalqımızın qələbə əzmi daha da yüksəlir”.
11:24
966
1 Noyabr 17:13
1 484
1 Noyabr 16:44
1 659