“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
23 Noyabr 2020 13:09
1 834.jpg)
44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqları azad etdi və öz ərazi bütövlüyünü təmin etdi. Azad olunmuş ərazilərimizdə ermənilərin nə qədər vəhşilik, nə qədər vandallıq törətdiyinin əyani şahidi olduq.
Bunu Milli Məclisin deputat Cavid Osmanov deyib.
Deputat bildirib ki, işğaldan azad edilmiş bütün ərazilərimizdə daş daş üstündə qalmayıb: “Tarixi abidlərimiz, sosial obyektlər, məktəblər, inzibati binalar, fərdi evlər erməni barbarları tərəfindən tamamilə dağıdılıb, hətta məzarlıqlar məhv edilib. Bu, erməni vandallığının, vəhşiliyinin, barbarlığının növbəti bir təzahürüdür.
Əlbəttə ki, müharibə zamanı erməni terrorçularına çox ciddi zərbələr vurulub. Ancaq əlbəttə ki, döyüşlər zamanı hər iki tərəfdən əsir düşənlər olur. Azərbaycan tərəfi hər zaman bütün beynəlxalq norma və prinsiplərə uyğun olaraq əsir və girovların saxlanılması, onların dəyişdirilməsi, o cümlədən humanitar atəşkəs zamanı erməni hərbçilərinin meyitlərinin qaytarılması ilə bağlı bütün bütün norma və prinsipləri qoruyub. Ancaq çox təəssüf ki, erməni tərəfi azərbaycanlı əsirlərlə davranışda hər zaman olduğu kimi vandallıq, barbarlıq edir, sosial şəbəkələrdə azərbaycanlı əsirlərə işgəncələr vermələrini açıq-aşkar nümayiş etdirirlər.
Bu, erməni vəhşiliyinin, erməni murdarlığının növbəti bir təzahürüdür. Çox təəssüf ki, bununla bağlı beynəlxalq təşkilatlar yenə də susqunluqlarını davam etdirirlər. Çox təəssüfedici haldır ki, 21-ci əsrdə insanlara bu qədər işgəncə vermək, güc tətbiq etmək və zorakılığa məruz qoymağa beynəlxalq təşkilatlar susqunluqla yanaşır.
Əlbəttə, burada ilk növbədə insan haqları üzərində birləşən beynəlxalq təşkilatlar və insan haqları ilə bağlı davamlı çıxış edən dövlətlər bugünə qədər susqunluq nümayiş etdirirlər. Bu çox təəssüfedici haldır. Beynəlxalq təşkilatlar bu məsələləri görməzdən gəlməməlidirlər və beynəlxalq hüququ əsas götürərək erməni tərəfinə təzyiqlər və təsirlər göstərməlidirlər. Çünki bu vandallıqdır, dünyanın heç bir yerində əsirlərə qarşı belə vəhşilik edilmir”.
18:46
889
11:24
1 141
1 Noyabr 17:13
1 624