Əli Hüseynli Azərbaycanın AİHK-nın 13-cü protokoluna qoşulmasını təklif edib Siyasət

Əli Hüseynli Azərbaycanın AİHK-nın 13-cü protokoluna qoşulmasını təklif edib

“Təklif edirəm ki, Avropa İnsan Haqları Konvensiyasının 13-cü protokoluna qoşulmağımız müzakirə olunsun”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Hüseynli deyib.

Deputat bildirib ki, artıq 44 günlük Vətən müharibəsi sona çatıb, biz qalib xalqıq: “Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən və müharibədə qalib gəldikdən sonra bizim Avropa İnsan Haqları Konvensiyasının 13 saylı protokola qoşulmağımız məsələsi müzakirəyə çıxara bilər. Bu mənim şəxsi təşəbbüsümdür”.

Deputat qeyd edib ki, Konstitusiyada əksini tapmış “ölüm hökmü tam ləğv olunanadək ifadəsi” mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, 13-cü protokol insan haqlarının müdafiəsi və bütün şəraitlərdə ölüm hökmünün ləğvinə münasibətdə əsas azadlıqlar haqqında sənəddir.