"Expo 2020 Dubai" beynəlxalq sərgisində Azərbaycan pavilyonunun təqdimatı olub Siyasət

"Expo 2020 Dubai" beynəlxalq sərgisində Azərbaycan pavilyonunun təqdimatı olub

Bakıda Heydər Əliyev Mərkəzində "Expo 2020 Dubai" beynəlxalq sərgisində Azərbaycan pavilyonunun təqdimatı keçirilib.

Trend-in məlumatına görə, bu barədə "Expo 2020 Dubai" sərgisində Azərbayan pavilyonunun komissar müavini Nərmin Carçalova deyib.

O qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək "Expo 2020 Dubai" beynəlxalq sərgisində Heydər Əliyev Mərkəzinin təşkil etdiyi Azərbaycan pavilyonu təqdim ediləcək.

"Sərgi 1 oktyabr 2021 - 3 mart 2022 tarixlərində davam edəcək. Bu gün Heydər Əliyev Mərkəzində "Expo 2020 Dubai" sərgisində Azərbaycan pavilyonu təqdim olundu. Ölkəmizin beynəlxalq sərgilərdə iştirak təcrübəsini, o cümlədən son illərdə Milandakı ekspoda milli pavilyonun müvəffəqiyyətlə təmsil olunması təcrübəsini nəzərə alsaq, gələcək pavilyonumuzun da ziyarətçilər arasında böyük maraq yaradacağı gözlənilir".