“Tofiq Yaqubliya qarşı bu cür hərəkət yolverilməzdir” Siyasət
2 İyun 2015 14:07
854

"Nərgiz Yaqublunun 40 mərasimində İsa Qəmbər və Arif Hacılının dəstəsi də iştirak edirdi". Bu fikirləri sabiq müsavatçı, partiyanın Suraxanı rayon təşkilatının keçmiş sədri, hazırda siyasi fəaliyyətini Azərbaycan Demokratiya və Rifah Hərəkatında (ADR) davam etdirən Rövşən Dəmirli başqan müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublunun vəfatının 40-cı günü tamam olmamış İsa Qəmbərin öz övladına toy mərasimi təşkil etməsinə münasibətini bildirərkən deyib.
Rövşən Dəmirli bu məsələdə həm İsa Qəmbəri, həm də indiki başqan Arif Hacılını, eləcə də toy mərasimində iştirak edən digər Müsavat funksionerlərini sərt şəkildə qınayaraq bildirib ki, məhz bu olaydan sonra əsas müzakirə obyekti İsa Qəmbər və oğlunun toyu oldu: "Belə ki, ən azından İsa Qəmbər öz müavini olmuş Tofiq Yaqublunun qızının ruhuna hörmətlə yanaşmalı idi. Amma təəssüf olsun ki, o bunu etmədi".
Onun sözlərinə görə, burada daha bir siyasi çalar da var: "Tofiq Yaqublu əvvəl İsa Qəmbərin müavini olub, hazırda isə Arif Hacılının müavinidir. İndiki durumda Tofiq bəyə dəstək olmaq əvəzinə bu cür hərərəkət yolverilməzdir. Çünki İsa Qəmbərin siyasi fəaliyyətində bu insanın danılmaz rolu var. Əfsuslar olsun ki, İsa Qəmbər bu amili dəyərləndirə bilmədi. İstər İsa Qəmbər, istərsə də Arif Hacılı olsun, onların hər ikisi bu cür hörmətsiz davranışları ilə daha sübut etdilər ki, insanlara dəyər vermək qabiliyyətləri çox zəifdir. Əminəm ki, Tofiq Yaqublu da yaxın günlərdə öz mövqeyini ortaya qoyacaq".
Rövşən Dəmirli daha bir xatırlatma edərək onu da bildirib ki, hələ Nərgiz Yaqublunun vəfatından bir neçə gün əvvəl müsavatçı Mahmud Şirəli oğluna toy edirdi və dəvətnamələri paylamışdı: "Beləliklə, İsa Qəmbər o toyda iştirak etmədi. Səbəbini də Nərgizin vəfatı ilə əlaqələndirdi. Bu addımı atan insan, guya Nərgizə görə yas saxladığını sərgiləyən İsa Qəmbər nəyə görə, mərhumənin 40-ı çıxmamış öz oğlun toy etdi? Məgər o, bunu bir neçə gün təxirə sala bilməzdimi? Məhz buradan da açıq görünür ki, bu insanlar hazırkı günə qədər olan siyasi fəaliyyətlərində həmişə qeyri-səmimi olublar. Müsavatçılar bu adamın müxtəlif manevrlərinə inanıblar. Sonuc olaraq isə partiya bu cür qeyri-səmimiliklər, yalanlar və siyasi dividentlər səbəbindən mövcud vəziyyətə qədər çatıb".
Əli
-
Prezident İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib
-
Qalibaf ABŞ ilə danışıqlarda İran heyətinə rəhbərlik edəcək
-
İrandan Azərbaycana indiyədək 3379 nəfər təxliyə edilib
-
Tbilisidə əcnəbini qətlə yetirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb
-
Azərbaycan–Türkiyə–Avropa enerji dəhlizinin qurulması çərçivəsində aparılan işlərin həcmi açıqlanıb
-
Rəsmi Bakı ABŞ və İran arasında elan edilmiş atəşkəsi alqışlayır
-
Gürcüstan 100-ə yaxın xarici vətəndaşı deportasiya edib
-
“Yaranmış vəziyyət İran üçün böyük bir şansdır”-Qüdrət Həsənquliyev
-
Tramp: "Yaxın Şərqin qızıl dövrü başlayır"
-
Kallas Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün Ər-Riyada yollanır
-
Tehranda Əli Xameneinin "40 mərasimi" keçirilir
-
İsrail Baş naziri: İranla atəşkəs Livana aid deyi
-
Azərbaycan nefti 141 dollardan 140 dollara düşüb
-
Kriptobirjada yüksəliş: "Bitcoin"in qiyməti 71 min dolları ötüb
-
İranın bərpası üçün xüsusi investisiya fondu yaradılır
-
Tramp: "Hörmüz boğazında gəmilərin keçidinə kömək edəcəyik"
-
Bu günün valyuta məzənnələri
-
Tramp: "İranın bərpa prosesinə dəstək verəcəyik"
-
Təbii qazın qiyməti 3%-dən çox azalıb
-
Dünya bazarlarında “Brent” neftinin qiyməti 95 dollardan aşağı enib
-
Füzulidə 15 kiloqram marixuana və psixotrop həblər aşkarlanıb
-
Qazaxıstanda qadınlar iqtisadiyyatı ələ alır: Sahibkarlıqda yeni güc balansı
-
Azərbaycan XİN Ağdaban faciəsinin 34-cü ildönümü ilə bağlı bəyanat yayıb
-
ABŞ neftin qiyməti üzrə proqnozunu 18–22% intervalında artırıb
-
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket atıb
-
Tramp Ağ Evdə NATO-nun baş katibini qəbul edəcək
-
İsrail Baş nazirinin ofisi atəşkəslə bağlı açıqlama verib
-
İranla ABŞ atəşkəs barədə razılığa gəldi - Şərif
-
Tacikistan səfirliyi Bakıda Novruz bayramına həsr olunan tədbir keçirib
-
ABŞ Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb
-
Mirça Luçesku vəfat edib
-
Ərdoğan İspaniyanın Baş naziri ilə regional hadisələri müzakirə edib
-
BMT TŞ-nin Hörmüz boğazı ilə bağlı qətnaməsinə veto qoyulub
-
Bakıda 6 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yanğın olub
-
ABŞ Bəhreyndəki vətəndaşlarını sığınacaqlarda qalmağa çağırıb
-
Dağıstanda daşqınlar səbəbindən fövqəladə vəziyyət rejimi federal səviyyəyə qaldırılacaq
-
Azərbaycan hərbçiləri Türkiyədə “Anadolu Ankası - 2026” təlimində iştirak edir
-
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
-
Fransa İran vətəndaşını azad edib, Tehrana qarşı BƏM-dəki şikayətini geri götürüb
-
DTX-nin həbs etdiyi, terroru maliyyələşdirmədə təqsirləndirilən şəxsə hökm oxunub
-
İsrail ordusu İranda 8 körpünü vurduqlarını açıqlayıb, Netanyahu isə zərbələrin davam etdiyini bildirib
-
İsrailin Livana zərbələrində ölənlərin sayı 1 530-a çatıb
-
“Mənzil bazarında şok artım…”
-
İşdən qanunsuz çıxarılmış 44 nəfər əvvəlki işlərinə bərpa etdirilib
-
Azərbaycanda dövlət satınalmalarında elektron müqavilə sistemi tətbiq olunacaq
-
İqtisadi Şura və İnvestisiya Holdinqinin birgə iclası keçirilib, neft məhsullarına dair müzakirə aparılıb
-
Ərdoğan: "Bu, Türkiyəyə qarşı alçaq təxribatdır"
-
İran: Xark adasında neft infrastrukturu zərər görməyib
-
BVF: Azərbaycan-Ermənistan sülh razılaşması regiona sərmayələri artıracaq
-
Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
-
Faydalı qazıntı yataqlarının yerləşdiyi torpaqların rekultivasiyasına dair tələb müəyyənləşib
-
Azərbaycan MDB İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dəyişikliklərə qeyd-şərtlə qoşulub
-
Prezident Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxsləri təltif edib - SİYAHI
-
Azərbaycan və Gürcüstan regionun inkişafı və rifahına əvəzsiz töhfələr verir
-
Vens: ABŞ İrandakı hərbi hədəflərinə böyük ölçüdə nail olub
-
Tramp İranda 47 illik dövrün sonunu elan etdi
-
Trampa İrana yeni hücumlar üçün hədəf siyahıları təqdim edilib
-
İsrail XİN İstanbulda atışmanı pisləyib, Türkiyəyə operativ tədbirlərə görə təşəkkür edib
-
“İrəvanda geosiyasi siqnallar”
Xəbər lenti


