“Bu Moskvanın ABŞ-ın informasiya siyasətinə qarşı adekvat cavabıdır” Siyasət

“Bu Moskvanın ABŞ-ın informasiya siyasətinə qarşı adekvat cavabıdır”

“ABŞ-ın fevralın 16-da Rusiyanın Ukraynaya qarşı hucum planı reallaşdıracağı bəyanatlarının əksinə olaraq Kreml ordu birliklərinin bir hissəsini Krımdan və digər cəmləşdirdiyi rayondan geri çəkdiyini bəyan etdi. Bu Moskvanın ABŞ-ın Rusiyaya yönəlmiş informasiya siyasətinə qarşı adekvat cavabıdır”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert diqqətə çatdırıb ki, Kreml bununla Vaşinqtonun bu kimi bəyanatlarının təbliğat və Rusiyaya qarşı informasiya müharibəsi olduğunu göstərməyə çalışacaq: “Qeyd edim ki, Vaşinqton və digər ölkələrin əlində kəşfiyyat məlumatları olduğundan Rusiyanın Ukraynaya qarşı məhz fevralın 16-dahərəkətə keçəcəyini açıq şəkildə elan edirdilər. ABŞ və Avropanın birgə koalisiyası belə bir hücumun qarşısını aldı. Bundan əlavə, Ukryananın NATO-ya üzv olmayacağı təminatı verilib, əvəzində isə Rusiya Donbası geri verməli və Minsk razılaşması yerinə yetirilməlidir.
Rusiyanın Donbasda qondarma rejimləri tanımasına gəldikdə isə, buna getəyəcək. Əgər, Ukrayna Donbasa hücum edərsə, buradakı separatçıları tanıya bilər. Ona görə də Rusiya Dumasinda belə bir qətnamə Putinə təqdim edilib.
Ümumiyyətlə, ABŞ şərqə genişlənmək planından geri çəkilməyib və Şərqi Avropada silahlanmanı həyata keçirəcək”.