“Avropa İran cəbhəsinə girmir”
19 Mart 23:01
19 Mart 23:01
19 Mart 22:25
19 Mart 21:47
19 Mart 21:43
4 May 2023 10:44
6 692
Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin zindanında tibbi xidmət göstərilməyən xəstə məhkum ölüb.
Gunaz.tv
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, xəstələnən məhkuma zamanında tibbi yardım göstərilməyib və o, müalicəsinə imkan verilmədiyi üçün həyatını itirib.
Dəfələrlə həbsxana rəhbərliyinə müraciət etməsinə baxmayaraq, 47 yaşlı Nasir Hüseynpura tibbi məzuniyyətə buraxılması və ya müalicəsi üçün icazə verilməyib.
Qeyd edək ki, 2022-ci ildə Beynəlxalq Əfv Təşkilatı İran zindanları ilə bağlı yayınladığı 108 səhifəlik hesabatda İranda məhbusların saxlanma şəraitinin dözülməz olduğunu bildirib.
“İran hökuməti həbsxanaları bilərəkdən məhbuslar üçün ölüm otaqlarına çevirib”-deyə, hesabatda qeyd olunub.
Hesabatda bildirilir ki, rəsmi olaraq adları bəlli olan həyatını itirmiş 96 məhkumun 22-i Urmiya şəhərinin zindanının "payına düşür".
17 Mart 12:33
2 632
4 Mart 12:22
8 260
27 Fevral 11:47
10 941