“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
12 Dekabr 2024 15:51
9 240
İranın keçmiş şahı Məhmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi 12 dekabr, "21 Azər" Cənubi Azərbaycan Milli Hökumətinin ildönümü ilə bağlı paylaşım edib.
Gunaz.tv
Bu barədə özünün sosial media hesabında yazıb.
"Azərbaycanın qurtuluşunun ildönümünü İran xalqına, xüsusən başı uca Azərbaycan xalqına təbrik deyirəm. Bu tarixi gündə İran ordusu Azərbaycan xalqı ilə çiyin-çiyinə İranın ərazi bütövlüyünün qorunması və Stalinin fitnələrinin qarşısının alınmasında birgə mübarizə apardılar",- Pəhləvi əlavə edib.
O, İran rejiminin Güney Azərbaycan milli hərəkatına mülayim münasibt bəslədiyini iddia edib.
"Öz mövcudluğunu qoruyub saxlamaq üçün hər yola əl atan rejim, separatçı və anti-İran qrupların güclənmələrinə də şərayit yaradır və son vaxtlar onlarla əlaqələrini büruza verməkdən də çəkinmir. İslam Respublikası və İranın ərazi bütövlüyünün düşmənləri bilməlidirlər ki, Azərbaycan hər zaman İranın milli birliyinin möhkm səngəri olub",- Rza Pəhləvi iddia edib.
Keşmiş şahın oğlu Azərbaycanı "İranın milli kimliyinin və mədəniyyətinin simvolu və siması" adlandırıb.
Qeyd edək ki, 12 dekabr 1945-ci ildə qurulan Cənubi Azərbaycan Milli Hökuməti, 12 dekabr 1946-cı ildə süquta uğrayıb.
Milli Hökumətin devrilməsindən sonra Azərbaycana girən Tehran ordusu minlərlə soydaşımızı qətlə yetirib, minlərlə insan həbsxanalara salınıb, sürgün edilib və minlərlə insan isə ölkədən mühacirət etməyə məcbur olub.
Milli Hökumətin izlərini silməyə çalışan Tehran rejimi, 1 il ərzində əldə olunan nailiyyətləri məhv edib, Azərbaycan türkcəsində açılan məktəblər, mədəniyyət mərkəzləri bağlanıb, Azərbaycan türkcəsində nəşr olunan dərsliklər və başqa kitablar yandırılıb.
Pəhləvilər və onun hazırkı davamçıları Milli Hökumətin süqutu gününü "Azərbaycanın qurtuluş günü" kimi qeyd edirlər.
Cənubi Azərbaycan Milli Hökumtinin dəyərlərinin, nailiyyətlərinin bərpası uğrunda dinc fəaliyyət göstərən onlarla fəal hazırda İran həbsxanalarında saxlanılır.
31 Oktyabr 10:42
2 422
31 Oktyabr 10:41
2 380
29 Oktyabr 12:10
3 444