“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
11 Mart 2021 16:28
5 138
Şimali İraq Kürd Muxtariyyətinin “xatirə markası”na etirazlar artdığı üçün muxtariyyət rəhbərliyi geri addım atmalı olub.
Türkiyənin Xarici İşlər Nazirliyi də “xatirə markası” ilə bağlı etiraz bəyanatı yayınlayıb. Bundan öncə türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü məsələyə toxunaraq muxtariyyəti qınamışdı.
Bu gün İraq Türkmən Cəbhəsinin başçısı və Kərkukun İraq parlamentindəki nümayəndəsi Ərşad Salehi məsələ ilə bağlı çıxış edib.
O, “Şimali İraq Kürd Muxtariyyəti Türkmən torpaqlarını xatirə markasında çap olunan xəritəyə salmaqla kürdlərin necə bir yanlış siyasət yürütdüklərini sübut etdilər” deyə bildirib.
Ə.Salihi bildirib ki, “Kərkuk, Mosul və başqa bölgələr min illərdən bəri İraq türklərinin torpaqları olub. Belə bir xəritənin çap olunması PKK-nın separatçı siyasətlərinin yayılması anlamına gəlir.”
Eyni halda Güney Azərbaycan siyasi qurumları, milli-mədəni təşkilatları və partiyaları da məsələyə etirazlarını bildirib və bununla bağlı bəyanatlar yayınlayıblar.
Etirazların genişlənməsindən sonra Barzani muxtariyyəti bəyanat yayaraq “xatirə markasının yayılmadığını və yalnız basılmaq üçün təklif olaraq irəli sürüldüyünü” bildirib.
Qeyd edək ki, Katoliklərin ruhani başçısı, Roma Papası Fransiskin İraqa səfərinə həsr olunan xatirə markasında Güney Azərbaycanın Qərbi Azərbaycan əyaləti bütünlüklə, Şərqi Azərbaycan əyalətinin bir qismi, İraq türklərinin Kərkuk, Mosul şəhərləri və Türkiyə Cumhuriyyətinin güneydoğu bölgəsi “Kürdüsta xəritəsi” içində, Kürdüstan torpağı kimi göstərilib.
Gunaz.tv
31 Oktyabr 10:42
2 233
31 Oktyabr 10:41
2 205
29 Oktyabr 12:10
3 290