“İlk Konstitusiyasının qəbul edilməsi ölkəmizin tarixində yeni mərhələnin başlanğıcıdır”
Əmlak sığortasında artım: şüurlu seçim, yoxsa bank məcburiyyəti?
Təbiətin qorunmasında yeni dövr: şəffaf monitorinq, ictimai nəzarət və ölçülə bilən nəticələr
ABŞ-İsrail münasibətləri: ABŞ İsrailə hərbi yardımı dayandırır?
4 İyun 2020 13:25
9 877
Kişilər və qadınlar arasında idman gimnastikası üzrə Avropa çempionatı Bakıda keçiriləcək.
Apasport.az saytının Avropa Gimnastikasının rəsmi tvitter səhifəsinə istinadən məlumatına görə, hər iki yarış bu ilin dekabrında baş tutacaq.
Kişilər 9-13 dekabrda, qadınlar isə 17-20 dekabrda mübarizə aparacaqlar. Hər iki çempionat Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli olacaq.
Həmçinin Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı 26-29 noyabr təxirinə təyin edilib.
Qeyd edək ki, idman gimnastikası üzrə kişilərin Avropa çempionatı mayda Bakıda, qadınların yarışı isə aprelin sonu, mayın əvvəlində Parisdə keçirilməli idi.