28 Aprel 2021 09:18
7 721
İngiltərənin "Çelsi" klubunun futbolçuları səfərdə İspaniyanın "Real Madrid" komandası ilə Çempionlar Liqasının ilk yarı final matçında qarşılaşıb.
Trend-in məlumatına görə, görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
London komandasının heyətində qolu Kristian Pulişiç (14-cü dəqiqə) vurub. "Real" komandasına Kərim Benzema fərqlənib (29).
Komandaların cavab görüşü 5 mayda baş tutacaq. Sabah Fransanın PSJ klubu ilk yarımfinalda İngiltərənin "Mançester Siti"ni qəbul edəcək.
1 İyul 13:51
1 127
1 İyul 12:01
1 155
1 İyul 09:01
1 281