Kallas: Rusiyanın Polşa sərhədindəki zərbəsi Qərbə açıq mesajdır
Rusiyada ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Finlandiya Fransanın təkmilləşdirilmiş nüvə çəkindirmə layihəsinə qoşulacaq
Yeni tədris ilində Bakıda 504 mindən çox şagird təhsil alacaq, 35 mindən çox uşaq bağçaya gedəcək
24 Noyabr 2021 08:28
9 800
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində İsveçrənin "Yanq Boyz" klubu İtaliyanın "Atalanta" klubunu qəbul edib.
Trend-in məlumatına görə, oyun 3:3 hesablı heç-heçə ilə bitib. Meydan sahibinin heyətində qolları Teozon Sibaço (39-cu dəqiqə), Vinsent Syerro (80) və Silvan Hefti (84) vurublar, qonaqların heyətində isə Duvan Sapata (10), Xose Palomino (51) və Luis Muriel (88) fərqləniblər.
Bu qarşılaşmadan sonra "Atalanta" qrupda 6 xalla üçüncü yerdə, "Yanq Boyz" isə 4 xalla dördüncü yerdə qərarlaşıb. Birinci yerdə ötən gün "Vilyareal"ı məğlub edən "Mançester Yunayted" (10 xal), üçüncü yerdə isə 7 xalla "Vilyareal" qərarlaşıb.
"E" qrupunda "Barselona" öz meydanında "Benfika" ilə qolsuz heç-heçə edib - 0:0. Bu oyundan sonra 7 xal toplayan "Barselona" ikinci yerdə, 5 xal toplayan "Benfika" üçüncü yerdə qərarlaşıb.
Qrupda "Bavariya" 15 xalla liderdir, 1 xalı olan Kiyev "Dinamo"su isə sonuncu yerdədir.
12:38
378
11 Sentyabr 22:33
1 379
11 Sentyabr 20:20
1 533