Xətai rayonunda birincilərlə görüş keçirilib - FOTO
13 Sentyabr 19:01
13 Sentyabr 19:01
13 Sentyabr 18:58
13 Sentyabr 18:58
Yaponiya əhalisi 2020-ci il oktyabrından 2021-ci ilin oktyabrınadək müddət ərzində rekord həddə, 644 min (0,5 faiz) nəfər azalaraq 125,5 milyon nəfər təşkil edib.
Bu barədə Yaponiyanın İnzibati İşlər və Kommunikasiyalar Nazirliyi bildirib.
Qeyd olunur ki, bu, 20-ci əsrin ortalarından bəri qeydə alınan ən yüksək azalma səviyyəsi olub. Eyni zamanda, son 10 il ərzində ölkə əhalisi 2,3 milyon nəfər azalıb.
Statistikaya əsasən, Yaponiya əhalisinin 36,2 milyonu və ya təxminən 29 faizi 65 yaşdan yuxarı şəxslərdir.
2053-cü ilədək Yaponiyada əhalinin 100 milyon nəfərə, 2065-ci ilədək 88 milyon nəfərədək azalacağı proqnozlaşdırılır. Bununla yanaşı, əhalinin 38 faizi 65 yaşdan yuxarı şəxslər olacaq.