“Vaşinqton hərbi gücdən istifadə edərsə…”
29 Sentyabr 15:04
29 Sentyabr 15:04
29 Sentyabr 14:48
29 Sentyabr 14:40
29 Sentyabr 13:47
14 İyul 2022 08:47
2 877
Ukrayna yaxın günlərdə BMT-nin baş katibi Antonio Quterreşlə “taxıl dəhlizi”nin yaradılmasının detallarını razılaşdırmağı planlaşdırır.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa videomüraciətində deyib.
"Bu gün bizim ölkədən Qara dəniz vasitəsilə kənd təsərrüfatı məhsullarının ixracının bərpası üçün Türkiyədə keçirilən görüşlə bağlı çoxlu xəbərlər var. Biz həqiqətən də dünya bazarına ərzaq tədarükünü bərpa etmək üçün əhəmiyyətli səylər göstəririk. Mən BMT-yə və Türkiyəyə müvafiq səylərə görə minnətdaram”, - deyə V.Zelenski bildirib.
O vurğulayıb ki, bu uğur təkcə Ukrayna üçün deyil, bütün dünya üçün lazımdır.
"Ukrayna nümayəndə heyəti mənə bildirdi ki, müəyyən irəliləyiş var. Yaxın günlərdə BMT-nin baş katibi ilə detalları razılaşdıracağıq", - V.Zelenski əlavə edib.
29 Sentyabr 16:34
742
29 Sentyabr 16:14
721
29 Sentyabr 16:11
735