İranda insan haqları amansızlıqla pozulur Dünya

İranda insan haqları amansızlıqla pozulur

Elşən Manafov: “Rəsmi Tehran durmadan islahatlara getməlidir”

Sentyabr ayında 22 yaşlı Məhsa Əmininin polisin nəzarətində ikən ölümündən sonra baş qaldıran etirazlar İranı silkələyib. Əmini ölkənin sərt geyim kodunu pozduğuna görə saxlanılmışdı. Üç aydır ki, etirazçılar İranda fars-molla rejimini slahatlara çağırırlar.
İran amansızlıqla, müxtəlif vasitələrlə onları susdurmağa çalışır.
Son məlumatlara görə, İranda davam edən etiraz aksiyalarında 69-u uşaq olmaqla, 502 nəfər hökumət məmurları tərəfindən öldürülüb, edamların sayı günü-gündən artır. Hətta azyaşlılar belə asılırlar.
İran İnsan Haqları Təşkilatının məlumatına görə 652-si tələbə olmaqla, 18452 etirazçı saxlanılıb.
ABŞ-ın dövlət katibi Ned Prays bildirib ki, Birləşim Ştatlar başqa ölkələri “İranda dünya boyu insanlar kimi onlar üçün də universal olan hüquqlarını ifadə edən bu cəsur etirazçıları dəstəkləməyə” həvəsləndirir.
İranda azad internetə çıxışı dəstəkləmək səyləri ilə bağlı suala cavab olaraq Prays deyib ki, Birləşmiş Ştatlar və avropalı tərəfdaşlar İran daxilində və xaricində kommunikasinı asanlaşdırmaq üçün addımlar atıblar ki, buna texnlogiya şirkətlərinə İrana sanksiya təhlükəsi olmadan avandanlıq göndərmələrinə icazə vermək daxildir.
Xarici media yazır ki, son aylarda İslam Respublikasının təhlükəsizlik qüvvələri çoxlu sayda vətəndaşı etiraz aksiyası keçirdiklərinə və ya hökuməti tənqid etdiklərinə görə həbs edib, onlara qarşı məhkəmələrdə cinayət işi açılıb.
Ölkədə hakimiyyət tərəfindən azad mətbuat fəaliyyətinin qadağan edilməsi, sosial media platformalarının bloklanması, internetə çıxışın məhdudlaşdırılması, həbs olunanların ailə və yaxınlarının təhdidlər və hədələrlə qarşılaşması onlarla bağlı xəbərlərin düzgün və dəqiq şəkildə yayımlanmasına mane olur. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoni Quterreş Nyu Yorkda 2022-ci ilin yekunları ilə bağlı konfransda jurnalistlərə açıqlamasında deyib ki, İranda etirazçılara qarşı hakimiyyətin repressiyaları qəbuledilməzdir. "Biz İranda insan haqlarının geniş şəkildə pozulmasının şahidiyik və bunu qətiyyətlə pisləyirik".
Politoloq Elşən Manafov “Xalq Cəbhəsi”nə açıqlamasında deyib ki, son vaxtlar İranda yaşanan hadisələrin gerçək səbəblərinə bir neçə aspektdən yanaşmaq və qiymət vermək mümkündür. Təxminən 2 ay əvvəl iranlı qadın Məhsa Əmininin hicab qaydalarına əməl etməməsi və buna görə də əxlaq polisi tərəfindən saxlanilaraq polis bölməsinə dəvət edilməsi və burada dünyasını dəyişməsi ilə bağlı söyləninlər məsələnin yalnız görunən tərəfləridir: “Heç şubhəsiz ki, İranda yaşanan hadisələrin çox dərin iqtisadi və sosial tərəfləri var. Hazırda bu ölkədə əmək qabiliyyətinin əhəmiyyətli hissəsinin işsiz qalması və buna görə də sosial gərginlik dərəcəsinin durmadan yuksəlməsi, cəmiyyətdə dərinləşməkdə olan qütbləşmə, İran hakimiyyətində bəlli dairələrin korrupsiyaya uğraması və bununla bağlı sosial qütbləşmənin dərinləşməsi, UDM-nin bölüşdürülməsində yol verilməkdə olan qanunsuzluqlar, nəhayət, Qərb tərəfdən tətbiq edilən sanksiyalar nəticəsində İranın milli pul vahidinin kursunun daim aşağıya yuvarlanması əhalinin sosial durumuna ağır təsir göstərir, zira, ölkə əhalisinin böyük bir hissəsi işsizlikdən əziyyət çəkir”.
Politolq onu da qeyd edib ki, əlbəttə, hadisələrin geosiyasi səbəbləri barədə danışmamaq mümkün deyil. İran İslam inqilabının qələbəsindən bəri ABŞ-ın yeni dünya nizami ilə bağlı geosiyasi səciyyə daşıyan ambisiyalarına baş əymək istəmir, bu mənada o Rusiya, Çin, Braziliya, CAR, ərəb dünyasında xarici siyasətində antiamerikanizm, habelə, neomüstəmləkəçilik, imperialist maraqlara qarşı meyllər olan digər dövlətlərlə eyni səngərdədir. İranın ABŞ-ın "idarə olunan xaos" siyasətinə qarşı bəlli mövqeyi ona qarşı tətbiq olunan sanksiyaların əsas səbəblərindəndir. BMT-nin razılığı olmadan ABŞ-ın tələbi ilə İrana qarşı tətbiq edilən sanksiyalar əslində qeyri-qanunidir və beynəlxalq hüquqa ziddir: “İranın beynəlxalq terorizmi dəstəkləməsi ilə bağlı iddialar da elə bu qəbildəndir. İranın şiə inqilabının ideyalarını məlum ərəb dövlətlərinə yaymaq, bu ölkələrin siyasi istibleşmentində İranın işgüzar dairələri, habelə rəsmi Tehranla iş birliyində olanlarl iqtidara gətirmək səyləri bəllidir, lakin bunu yalnız İranmı edir, zira ABŞ, Böyuk Britaniya, İsrailin xüsusi xidmət orqanlarının mətbəxtlərində hazirlanan məlum rəngli inqilablardan dunya xəbərsizdirmi?! İranın qeyri-qanuni şəkildə nüvə silahına yiyələnmək cəhdlərində ittiham edən Qərb bilmirmi ki, bütün bunlar beynəlxalq atom agentliyi olan MAQATE tərəfindən təsdiq olunmur? Məgər İranın nüvə və enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququ onun beynəlxalq hüquqla təsdiq olunmuş hüquqlarına aid deyilmi? Niyə Fransa özunun enerjiyə olan tələbatının 75% ni nüvə redaktorları hesabına ödəyə bilsin, əhalisi Fransa ilə müqayisədə sürətlə artan İran bunu edə bilməsin? Nüvə silahının çəkindirmə silahı olduğunu vaxtilə ABŞ-dan olan sovetoloq Kennan söyləmişdi. ABŞ müsəlman ölkəsi olan Pakistanın nüvə silahına malik olması amilini həzm edə bilir, bəlkə bu ondan irəli gəlir ki, zamanında Sovetlər İttifaqı ilə sıx əməkdaşlıq edən Hindistana qarşı duruş gətirmək üçün atom enerjisinə yiyələnməyin sirlərini Pakistan alimlərinə məhz ABŞ-ın xüsusi xidmət orqanları ötürmüşdülər”.
E.Manafov İranın PKK ilə əməkdaşlığına da toxunub. Bildirib ki, İranın PKK ilə əməkdaşlığı isə öz dövlət maraqları baxımından izahedilən deyil, zira PKK-nın son məqsədi Kürdüstan dövlətinin yaradılmasıdır və ABŞ tərəfindən maliyyələşdirilən, sulahlandırılan bu terror təşkilat isə (bunu Turkiyə prezidenti Ərdogan özu bəyan edir) Türkiyə ilə yanaşı, İraq, Suriya, İran, ən nəhayət, Azərbaycan ərazilərini də təhdid edir.
Onun fikrincə, İranda etirazların birdən - birə yüksələn xətlə artması isə ərəb baharının senerasini xatırladır bizlərə. Ərəb baharı üçün qığılcım Tunisdəki tum satan qadının özunu yandırması oldu, nəticə bəllidir. ABŞ-ın istəklərinə cavab verməyən ərəb siyasi istibleşmentlərinin tərkibi dəyişdi. İranda da etirazlar hicab qaydalarını pozan qadının polis bölməsində gözlənilmədən öz dünyasını dəyişməsi ilə başladı və bu zaman cəmiyyətdən bu gənc xanımın beynində zamanında ağır cərrahiyyə əməliyyatının aparılmasi ilə bağlı fakt gizlədildi. Halbuki ekspertlər bu hadisələrin İranın öz pilotsuz təyyarələrini Rusiyaya satmasından dərhal sonra başlandığını nəzərlərindən qaçırmadılar, həmin dronlardan isə Rusiya Ukrayna cəbhəsində istifadə edirdi: “Deməl, bunlar hamısı ipə, sapa yatmayan Tehran rejimini bir daha cəzalandırmaq üçün düşünülmüş və geosiyasi səciyyə daşıyan texnologiyalar idi. İrandakı soydaşlarımıza gəlincə, İrana tətbiq olunan sanksiyalardan əlbəttə ki, onlar da əziyyət çəkirlər və bu əziyyətin çəkilməsində onlara "köməklik edənlər" isə məhz Qərbdəki bəlli dairələrdir, özünün ərzaq təhlukəsizliyini tam təmin edən, dərman məhsullarının 85%-ni özu istehsal edən, yüksək döyuş qabiliyyətli orduya malik olan, nano texnologiyaları sahəsində uğurlara imza atan İranla görunur Qərb, onun qlobal maliyyə mərkəzləri, beynəlxalq sionizm başqa cür rəftar edə bilmir. Odur ki, onu daxildən silkələmək, yıxmaq üçün yollar arayır. İran azərbaycanlılarının öz milli, ana dillərində təhsil almaq istəkləri isə qanuni və anlaşılandır, bunu isə demokratik, qanunvericilik yolu ilə həll etməyin vaxti fikrimizcə çoxdan yetişib. Dünyada iki dilli dövlətlər kifayət qədərdir, əlcəzairlilər, mərakeşlilər ərəb və fransız, Kanada ingilis və fransız, Hindistan ingilis və hindu dillərində danışıqları kimi, İranın da artıq iki - fars və türk dillərində dövlət səviyyəsində danışmağının vaxtı çoxdan yetişib. İran siyasi istibleşmentinin tərkibində olan farslar və türklər bu problemi tam qanunu mustəvidə yollarına qoysalar, bundan İran da, bölgənin "idarə olunan xaos" nəzəriyyəsi ilə təxribata sürüklənə biləcək dövlət və millətləri də qazanmış olarlar. Rəsmi Tehran durmadan islahatlara getməli, problemlərin yuxarıdan həll olunmasi üçün təkliflər paketini müzakirəyə çıxarmalıdır, problemlərin aşağıların birbaşa iştiraki ilə inqilabi yolla həlli cəhdləri onu həyata keçirməyə çalışanlara yaxşı heç nə vəd etmir, zira, inqilab Saturn kimidir, sonda öz balalarını yeyir”.
Cavid