“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
Türkiyədə təqaüdçü polis kafeyə silahlı hücum edib, 2 nəfər ölüb, 2 yaralı var
30 Mart 2023 14:05
3 423
Xalqcəbhəsi.az xarici mediaya istinadən xəbər verir ki, dünyanın bir çox problemi olduğuna diqqət çəkən Jim Rogers, "Müharibə, inflyasiya, çox şey... iqtisadiyyat öldü. Daha böyük inflyasiyaya doğru gedirik. Mərkəzi banklar bunu dayandırmağa çalışır, lakin nəticələr çox yaxşı deyil. Çünki bazarlarda qiymətlər hələ də yüksəlir və enir”,- deyə bildirib.
Rocers pul siyasətlərində qeyri-müəyyənliyin gələcəkdə də davam edəcəyini proqnozlaşdırıb. "Mərkəzi banklar problemi həll etdiklərini düşünürlər, amma həll etməyiblər. İnflyasiya geri qayıdacaq və sonra yenidən faiz artırmalı olacaqlar",- deyən Rocers, doğru zamanda doğru addımın atılmasının vacibliyini vurğulayıb.
TRT Haber-ə danışan Cim Rocers qeyri-müəyyənlik şəraitində pulunun dəyərini necə qoruduğu barədə də məlumat verib: "Sizə deyə bilərəm ki, bir az gümüşə sərmayə qoymuşam. Bir az qızılım var. Əgər o, aşağı düşsə, daha çox əmtəə alacam. Çünki inflyasiya gələndə bahalaşan əşyalara sahibsinizsə, pul qazanırsınız və özünüzü qoruyursunuz. İnflyasiya olanda əmtəə qiymətləri qalxır. Deməli, inflyasiya geri qayıdanda bu (əmtəələr) özümü qorumaq və pul qazanmaq üçün sərmayə qoyduğum yerdir”. Cim Rocers fond bazarında da imkanların olduğunu bildirib. Bir çox səhmlərin təkcə Türkiyədə deyil, Çin, Avropa və ABŞ-da da çox ucuzlaşdığını qeyd edən Rocers qlobal bank böhranı ilə bağlı fikirlərini də bölüşüb.Vəziyyətin ciddi olduğunu qeyd edən Rocers aşağıdakı qiymətləndirmələri edib: "Vəziyyət ciddidir, lakin növbəti bank böhranı daha da pis olacaq. Daha da pisləşəcək. Siz narahat olmalısınız...".